Sabah klublarımız üçün avrokubokların 2021/22 mövsümü başlayır.
Əvvəlcə meydana son ölkə çempionu çıxacaq. “Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflisdə “Dinamo”nun qonağı olacaq. UEFA-nın qonaq komandalara azarkeş qadağası qoyması sabah “Neftçi”nin “12-ci oyunçu”dan dəstək görmədən meydana çıxmasına səbəb olacaq. Tarixboyu azarkeşlərinin fəallığı ilə seçilən “ağ-qaralar” 8 ildən sonra Çempionlar Liqasındadı. Lakin fanatlar bu oyunda qrup şəklində komandaya stadiondan dəstək verə bilməyəcəklər.
Bəs sönük Azərbaycan çempionatına rəng qatan dəstək qruplarından biri, son ölkə çempionlarını heç vaxt yalqız buraxmayan “Forza Neftçi”nin planları və gözləntiləri nədi? Bu barədə azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyevin fikirlərini öyrəndik. O klubun transfer siyasətindən narazı olduğunu gizlətmədi:
Azarkeş qrupunun rəhbəri komandaya inandıqlarını da dilə gətirdi:
İSMAYIL XEYRULLAYEV
“Forza Neftçi” Tiflisdə komandaya dəstək verəcək?
“8 il ərzində çempionluğu gözlədik. Hər mövsüm buna inandıq. Burda acı xatirəli günlərimiz olub. Həmin günləri heç vaxt unutmarıq. Komanda, şükürlər olsun ki, 8 ildən sonra çempion oldu. Hər şey yaxşıdı. Sadəcə, klubun transfer siyasətindən çox narazıyıq. Hiss olunur ki, bu işlərdə müəyyən axsamalar var. Hazırkı vəziyyət faciəvidi. Klublardan üç-dördünü başa düşmək olar, onlar tələsməyə bilərlər. Amma “Neftçi” kimi komanda bu işləri 1-2 ay öncədən etməliydi. Burda hər şey vaxtında və planlı şəkildə olmalıdı. Flaqman adına yaraşan da bu olar. Transferlər bir qırağa, Gürcüstana 4 müdafiəçi ilə gedirik. Futbolu bilməyən adam belə bu duruma gülər. Çox gülünc bir addımdı”.
“Hər şeyə rəğmən, komandamıza uğurlar arzulayırıq. Düzdü, qonaq komanda tribunası ilə bağlı UEFA-nın qadağaları var. Şəxsən mən “Forza” adından söz verirəm ki, quru sərhədlər açıq, qadağalar daha yüngül olsaydı, orda ən azı 300 nəfərlə təmsil olunardıq. Dövlətlərin müəyyənləşdirdiyi qaydalar var və biz buna riayət etməliyik. Bir ildən artıqdı tribunadan kənarda qalmışıq, inşallah, cavab oyununa azarkeş buraxılar. 35 min turisti buraxıb, 3-4 min azarkeşi buraxmamaq adamda qıcıq yaradır. Biz də Operativ Qərargahın bütün qanunlarına riayət edirik və istəyirik ki, bütün sahələrdə yüngülləşmə getdiyi kimi, tribunada da güzəştə gedilsin. Komandamızdan gözləntimiz ən azı Avropa Liqasının qrupudu. Alınmazsa, iradlarımızı rəhbərliyə bildirəcəyik. Sabah isə karantin qaydalarına əməl edərək, açıq havada yığışıb oyuna birlikdə baxacağıq. “Qarayev”də restoran danışmışıq və bu barədə “feysbuk” səhifəmizdə də paylaşım etmişik. Bütün “Neftçi” azarkeşləri gəlib, bizimlə birlikdə baxa bilər. Tam şəkildə olmasaq da, Gürcüstanda bizi təmsil edən üzvlərimiz olacaq”.