
Ronaldo “Yuventus”da qalacaq?
Deyəsən, Kriştiano Ronaldonun məsələsi aydınlaşmaq üzrədi.
Onun “Yuventus” ilə yeni müqavilə imzalayacağı xəbər verilib.
“La Gazzetta dello Sport” və “Sport Mediaset” nəşrlərinin yaydığı məlumatda portuqaliyalı hücumçunun adının “Mançester Yunayted” və PSJ ilə hallanmasına baxmayaraq, Turin klubunda qalmağa qərar verdiyi bildirilib. 36 yaşlı oyunçunun bu həftənin sonuna qədər “Yuventus”la 2022-ci ilin iyununda qüvvədən düşəcək müqaviləsinin müddətini bir il uzada biləcəyi vurğulanıb. Ronaldo Turin klubunda 2018-ci ildən oynayır.
Yeri gəlmişkən, “Yuventus”un keçmiş hücumçusu David Trezeqe Kriştiano haqda danışıb. “La Gazzetta dello Sport”a açıqlama verən fransalı portuqaliyalı hücumçunun komanda yoldaşları ilə bəzi problemlərinin olduğunu deyib: