Ötən mövsüm birinci divizionu 7-ci pillədə başa vuran "Kəpəz" heyətini gücləndirib.
Gəncə təmsilçisi daha 2 futbolçu ilə münasibətləri rəsmiləşdirib. Ötən mövsümü "Turan Tovuz"da keçirən Nicat Süleymanov və "Neftçi-2"də çıxış edən Vüqar Həsənov "sarı-göylər"ə keçib. Bu məlumatı "Futbol+"ə klubun baş məşqçisi Yaşar Vahabzadə verib. Təcrübəli mütəxəssis "Zaqatala"nın oyunçularından Bəhruz Teymurovla Elçin Əlicanovu heyətinə qatdıqlarını da təsdiqlədi.
Yaşar Vahabzadənin "Kəpəz"in hazırlıq planı ilə bağlı açıqlamasını qəzetimizin sabahkı sayında oxuya bilərsiz.