"Zaqatala"nın futbolçusu Bəhruz Teymurov klubunu dəyişib.
Əldə etdiyimiz özəl məlumata görə, bölgə təmsilçisinin bombardiri karyerasını yenə birinci divizonda davam etdirəcək.
27 yaşlı forvard "Kəpəz"ə keçib. Bundan əlavə, zaqatalalıların daha bir futbolçusu da Gəncə təmsilçisi ilə razılaşıb. Müdafiəçi Elçin Əlicanov da gələn mövsüm "sarı-göylər"in heyətində çıxış edəcək.
Qeyd edək ki, Bəhruz Teymurov ötən mövsüm 14 qolla Birinci Divizionun bombardirləri siyahısında ikinci olub.
İSMAYIL XEYRULLAYEV