UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Çukariçki” növbəti yoxlama matçını keçirib.
Serbiya klubu Sloveniya təmsilçisi "Olimpiya" ilə qarşılaşıb. Görüş "Çukariçki"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Çukariçki” “Sumqayıt”la ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.