“Qəbələ” 2021/22 mövsümünün hazırlığına start verir.
Klubun rəsmi saytının verdiyi məlumata görə, “qırmızı-qaralar” sabah təlim-məşq toplanışına başlayacaq. Elmar Baxşıyevin yetirmələri hazırlığın ilk mərhələsini Qəbələdə gerçəkləşdirəcək. Komanda sabah günün ikinci yarısında bir araya gələcək. Toplanışın ilk məşqi saat 18:30-a planlaşdırılıb. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda hazırlıq keçəcək.