
“Fransa turniri tərk edənə qədər o, çempionatın ən yaxşı oyunçusu idi” - Ueyn Runi
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi yarımmüdafiəçi Paul Poqbanın AÇ-2020-dəki fəaliyyətini yüksək qiymətləndirib.
O, fransalı haqqında fikirlərini söyləyib:
Nqolo Kantenin onun orta sahə ortağı olması ona kömək etdi, amma düşünürəm ki, Paulun bu qədər yaxşı oynamasının əsas səbəbi mövqeyi idi. “Mançester Yunayted”dəki oyunlarda onu gördüyümüzdən daha dərindən oynadı”.
Qeyd edək ki, daha əvvəl keçmiş italyan futbolçu Antonio Di Gennaro da Poqbanı çempionatın qrup mərhələsinin ən yaxşı oyunçusu seçmişdi.