AVRO-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milli komandaları qarşılaşıb.
Oyundan əvvəl Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Çexiya Futbol Assosiasiyasının prezidenti Peter Fousek və Danimarka Futbol Assosiasiyasının prezidenti Jesper Mollerlə görüşüb, hər iki komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, Çexiya – Danimarka qarşılaşması 2:1 hesabı ilə nominal qonaqların xeyrinə başa çatıb.