Sloveniyadakı təlim-məşq toplanışını başa vuran “Neftçi” hazırda Bakıdadı.
Samir Abasov futbolçuları istirahətə buraxıb. Bundan sonra “ağ-qaralar” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tiflis “Dinamo”su ilə oyunun hazırlığına başlayacaq. Komanda məşqləri “Türk Hava Yolları Məşq Mərkəzi”ndə keçəcək.
“Neftçi”nin Gürcüstana nə vaxt gedəcəyi, Tiflisdə harda məskunlaşacağı maraq doğrur. Bunu dəqiqləşdirmək üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə danışdıq:
Maraq üçün qeyd edək ki, jurnalistlər səfərə komanda ilə birgə yollanmayacaq. Media mənsubları iyulun 6-sı, səhər saatlarında Tiflisə uçacaqlar.
“Neftçi” Tiflis “Dinamo”su ilə oyunlar üçün iştirak ərizəsini də UEFA-ya təqdim edib. Siyahıda 22 futbolçu yer alıb:
qapıçılar - 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə; müdafiəçilər - 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 20. Mərt Çəlik, 26. Ömər Buludov; yarımmüdafiəçilər - 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov; hücumçular - 7. Namik Ələskərov, 22. Mirabdulla Abbasov.
Gördüyünüz kimi, flaqman cəmi 4 müdafiəçinin ümidinə qalıb. Bu amil həm azarkeşləri, həm də futbol ictimaiyyətini narahat edir. Samir Abasov 5-li müdafiə sistemindən istifadə edirsə, qarşılaşmalar üçün heyəti necə formalaşdıracaq? Nəzərinizə çatdıraq ki, “Neftçi” ilk matçın başlamasına 1 gün qalmış sifariş ərizəsində dəyişiklik edə bilər. Komanda bu hüququndan istifadə edəcəkmi? Müdafiəçi və ya başqa mövqe üçün futbolçu transferi mümkündü? Rüstəm Allahverdiyevi dinləyək:
İLKİN SULTANLI