Xəbər verdiyimiz kimi, Xorvatiya mətbuatında “Qarabağ”ın oyunçusu Filip Ozobiç sentyabr ayından etibarən Azərbaycan millisində çıxış etməsi ilə bağlı məqalə yayılıb.
İnformasiyanı Dalmatinskiportal.hr portalı yayıb. 30 yaşlı yarımmüdafiəçi durumu dəyərləndirdikdən sonra millimizdən gələn təklifi qəbul etmək qərarına gəlib. Xorvatiyalı oyunçu artıq bütün hüquqi proseduralardan keçib. O, Azərbaycan vətəndaşlığı da alıb.
Məsələni dəqiqləşdirmək üçün AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq.
Qurum rəsmisi 30 yaşlı yarımmüdafiəçi ilə bağlı assosasiya tərəfindən hələ ki FİFA-ya müraciət ünvanlanmadığını bildirdi:
F.Abdulla Ozobiçin milliləşdirilməsi ilə bağlı AFFA tərəfindən müəyyən hazırlıq işləri görüldüyünü vurğuladı:
İLKİN SULTANLI