“Qarabağ”ın oyunçusu Filip Ozobiç sentyabr ayından etibarən Azərbaycan millisində çıxış edəcək.
Dalmatinskiportal.hr saytının yaydığı məlumata görə, 30 yaşlı yarımmüdafiəçi durumu dəyərləndirdikdən sonra millimizdən gələn təklifi qəbul etmək qərarına gəlib. Xorvatiyalı oyunçu artıq bütün hüquqi proseduralardan keçib. O, Azərbaycan vətəndaşlığı da alıb.
Qeyd edək ki, Ozobiç daha əvvəl “Qəbələ”də də çıxış edib (2016-2018). 2018-ci ildə “Qarabağ”a transfer olunan oyunçunun Ağdam təmsilçisi ilə sözləşməsi 2023-cü ilin yayına qədərdi.