
Dünya futbolu
472
1.07.2021, 18:50
"Barselona"nın prezidenti Messinin gələcəyi haqda danışdı
"Barselona"nın prezidenti Joan Laporta Lionel Messinin gələcəyi haqda danışıb.
Kataloniya təmsilçisinin rəhbəri argentinalı ulduz futbolçu ilə 1 illik yeni müqavilə imzalamaq istədiklərini bildirib:
"Messinin qalmasını istəyirik. Leo da eyni şeyi arzulayır. Hər şey plan üzrə irəliləyir. Bizim maliyyə "fair-play"i problemimiz var. Hər iki tərəf üçün ən yaxşı çıxış yolunu tapmağa çalışırıq".