Yarımmüdafiəçi Frank Riberi “Fiorentina”dan ayrılıb.
Belə ki, İtalya klubu 38 yaşlı fransızla müqaviləni yeniləməməyə qərar verib. “Bolonya”, “Qalatasaray”, “Marsel” və “Bavariya” komandalarının formasını geymiş yarımmüdafiəçi hal-hazırda azad agentdi.
Qeyd edək ki, Riberi keçən mövsüm A Seriyasında 29 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.