AÇ-2020-nin 1/4 finalının İngiltərə ilə matçı öncəsi Ukrayna millisində ciddi itki baş verib.
Belə ki, dünən keçirilən İsveç – Ukrayna oyununda hücumçu Artyom Besedin zədələnib. Bu barədə yığmanın məşqçisi Aleksandr Şovkovskiy öz instaqram səhifəsində yazıb. İsveçlə görüşdə dizindən zədə alan 25 yaşlı forvardın ən azı bir neçə həftə meydana çıxa bilməyəcəyini qeyd edib.
Besedin meydana sonradan daxil olsa da, bir neçə dəqiqədən sonra rəqib futbolçunun dizinə vurduğu zərbə nəticəsində ciddi zədə alıb və əvəzlənib. O, meydanı həkimlərin köməkliyi ilə tərk edib.
Qeyd edək ki, Ukrayna millisi 1/4 finalda İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 3-də Romada keçiriləcək.