Fransanın AÇ-2020-nin 1/8 final matçındakı “İsveçrə” məğlubiyyətindən sonra baş məşqçinin taleyi qeyri-müəyyən qalmışdı.
ESPN bildirib ki, Didye Deşam AÇ-2020-yə vida etməsinə baxmayaraq Fransa millisi ilə çalışmağa davam edəcək.
Gələn həftə mütəxəssis Fransa Futbol Federasiyasının prezidenti ilə görüşərək gələcəyini müzakirə edəcək. Federasiya onun baş məşqçi kimi qalmasını istəyir.
Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2018-ci ildə Dünya çempionu olub və AÇ-2016-nın finalına çıxıb.