Azərbaycan idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarına daha 11 lisenziya əldə edib.
Həmin vəsiqələrə reytinq xarakterli yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın para-cüdoçu sahib olub.
XVI Yay Paralimpiya Oyunlarında kişilərdən Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) iştirak hüququ qazanıb.
Beləliklə, qarşıdakı Oyunlara qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndi.
Xatırladaq ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı 22 idmançı təmsil edi. Onlardan 7-si (6 kişi və 1 qadın) para-cüdoçu olub.