UEFA avrokuboklarda səfər qolu məsələni ləğv edib.
“Səbail”in futbolçusu Rauf Əliyev də bu qaydanın ləğvindən sonra komandaların daha rahat oynyacağını düşünür:
“Uzun müddət idi ki, bununla bağlı müzakirələr gedirdi. Səfər qolunun ləğvinə normal yanaşıram. Əvvəllər səfərdə vurulan bir qol əslində iki qol sayılırdı. Belə desək, səfərdə qol vuran komanda əsas olmadan üstün hesab olunurdu. Buna görə də həmin komanda tam müdafiəyə çəkilirdi. Digər komanda isə artıq ilk oyundan sonra psixoloji cəhətdən mənfi yüklənirdi. İndi istənilən halda komandaların şansları bərabər olacaq. Yəni ilk oyun səfərdədisə və komandalar qollu bərabərliyə razılaşıblarsa, növbəti mərhələ üçün şanslar bərabər olacaq. Bu da marağı, intriqanı qoruyacaq. Ona görə də bu qərara müsbət yanaşıram”.