
Dünya futbolu
233
28.06.2021, 14:40
Frank De Bur istefaya göndərilir
Hollandiya Futbol Federasiyası millinin baş məşqçisi Frank De Buru istefaya göndərmək qərarına gəlib.
Yığmanın AÇ-2020-nin 1/8 finalında Çexiyaya gözlənilmədən uduzması (0:2) və mübarizəni dayandırması federasiyanın belə qərara gəlməsinə səbəb olub. Həmçinin, federasiyada idarə heyətinin bir çox üzvü Burun fəaliyyətindən narazıdır.
Qeyd edək ki, Bur ötən ildən Hollandiya millisinə rəhbərlik edir.