“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Münhen təmsilçisi “Hamburq”un oyunçusu Sven Ulrayxı transfer edib. 32 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ulrayx 2015-2020-ci illərdə də “Bavariya”nın şərəfini qoruyub.