
Dünya futbolu
358
27.06.2021, 17:40
“Real Madrid”in transfer planı bəlli oldu
“Real Madrid”in yay transfer planları məlum olub.
Bu barədə Marka xəbər verir ki, Madrid klubunun rəhbərliyi daha yeni futbolçu almağa hazırlaşmır. Bunu baş məşqçi Karlo Ançelotti bildirib.
İstisnalar bu yay alınması çətin olan Kilyan Mbappe və Erlinq Halanddı.
Qeyd edək ki, “Real Madrid” bu yay David Alaba ilə müqavilə imzalayıb. Avstriyalı oyunçu azad agent kimi kluba qoşulub.