Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın döyüş arenası”nın iştirakçısı olub.
O, braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb. Abdullayev bu döyüşdən qələbə ilə ayrılıb. O “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşmada cənubi amerikalı rəqibini məğlubiyyətə uğradıb.
Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən Abdullayevin 50-ci qələbəsi olub.