“Keşlə” ilə yollarını ayıran Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.
26 yaşlı yarımmüdafiəçi “Keçiörengücü” klubu ilə müqavilə imzalayıb.
Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türkiyə klubu Vüsal ilə 3 illik sözləşmə imzalayıb.
2019-cu ildən “Keşlə”də çıxış edən Vüsal Azərbaycan milli komandası ilə də 3 oyuna çıxıb.
“Keçiörengücü” Türkiyənin 1-ci liqasında mübarizə aparır.