Avropa çempionatının qızğın çağında “transfer bazarı”nda yaşananlardan danışmaq nə dərəcədə yerinə düşər – bilmirik, hər halda, ingilis həmkarlarımız bu yay “Mançester Yunayted”i tərk edə biləcək futbolçuların “5-liy”ini hazırlayıb.

Bəs bunlar kimdi?

5. Fil Cons
"Mançester Yunayted"i kimlər tərk edəcək? - SİYAHI

Yaşı heç də az olmasa da, Sulşerin qurduğu komandanın oyun sxeminə heç cür uyğunlaşa bilmir. 29 yaşlı ingilis gah zədələrdən əziyyət çəkir, gah potensialını boşuna xərcləyir. Hər halda, Beyi ilə Tuanzebeyə rəqabətdə uduzur. Filin “Vulverhempton”a və ya “Brayton”a getməsi heç də pis olmazdı. Həmin klublarda vaxtı çox, çiyninə düşən yük az olacaq. Amma əlbəttə, əvvəlcə sağlıq durumu ilə bağlı problemləri yoluna qoymalıdı.

4. Anderas Pereyra


25 yaşlı braziliyalı premyer-liqa oyunlarında özünü göstərmək üçün yetərincə şans qazandı. Son mövsümü icarə əsasında “Latsio”da keçirdi və orda da özünü göstərə bilmədi. MY-də əsas heyətə düşməklə bağlı illüziyalar qurmağa dəyməz. Ən ağıllı qərar Andreası şərti “Qranada” və ya “Valensiya”ya satmaq olardı. Orda əsas heyətə düşmək mümkündü. 25 yaş nə azdı, nə də lap çox.

3. Dioqo Dalot


Portuqaliyalı son mövsümdə Milanda heç də pis təsir bağışlamadı. Mourinyo onun üçün nə az, nə çox – 20 milyon funt ödətdirmişdi. Amma Yanqla rəqabətə belə tab gətirmədi. Bəlkə də indi 20 yaşlı sağ cinah müdafiəçisi bir qədər möhkəmlənib, ancaq “Yunayted” risk edəsi vəziyyətdə deyil. Yeri gəlmişkən, “Milan” futbolçunun xidmətində maraqlıdı, ancaq MY onu aldığından ucuz qiymətə satmaq fikrində deyil. Hərçənd alternativ variant tapılmasa, Van Bissakanın əvəzedicisi də ola bilər.

2. Cessi Linqard


Reşfordla o qədər çox vaxt keçirib ki, hamı onları həmyaşıd sayır. Ancaq Cessinin artıq 28 yaşı var, perspektivli gənc deyil. Dostu-yoldaşı Reşford özünü az-çox göstərdisə, Cessi əsas heyətdə möhkəmlənə bilmədi. Qışda yollandığı “Vest Hem”də qol və ötürmə seriyaları ilə yadda qaldı, ancaq yenə də yığmaya düşmədi. Sulşerin Cessinin qaytaracağına cüzi ümidlər var.

1. Pol Poqba


Pol mövsümün sonunda əla təsir bağışlamaqla komandanın əsas ulduzu Bruno Fernandeşlə rəqabət apardı. Ancaq ona inanmaq olarmı? Bəlkə fransız klubunu dəyişmək istəyinə görə belə oynayırdı? Yaxşı nəticələr də qiyməti artırmağın bir yoludu. Yeri gəlmişkən, yığmada da eyni mənzərəni görürük: Poqba gümrahdı, güclüdü, özünü göstərməyə çalışır. Görünür, AÇ-dən sonra “yağlı” təklif alacağına ümid edir. Xatırladaq ki, “Yunayted” onu 80 milyondan ucuz satmayacaq. Əlbəttə, klubun möhtəşəm yetirməsini itirməsi xoş deyil. Ancaq bəlkə də rəhbərlik və məşqçi korpusu onun gedişinə görə mənəvi rahatlıq duyacaq.

Mata ilə De Xea bilərəkdən siyahıya salınmayıb. Onların da gələcəyi dumanlı görünür. Gedə də bilərlər, qala da.

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər