Konfrans Liqasında “Keşlə”nin rəqibi olan “Soçi” mərkəz müdafiəçisi ilə yollarını ayırmağa yaxındı.
Rusiya mətbuatının yaydığı məlumata görə, “leoparlar” İvan Novoseltsev ilə müqaviləni yeniləməməyə qərar verib. 29 yaşlı futbolçunun klubla müqaviləsi iyunun 30-da bitəcək.
Qeyd edək ki, iki mövsüm ərzində 35 matçda meydana çıxan oyunçu bu matçlarda 1 dəfə fərqlənib.