Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunanlar arasında “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov da var.
Belə ki, Nəcəfov “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, "Qəbələ"nin rəhbəri 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb.