18 yaşlı futbolçu məşq zamanı dünyasını dəyişdi - ŞOK
Avrokuboklar
23-06-2021, 09:0
Macarıstanın "Andraşid" klubunun futbolçusu Viktor Marsel dünyasını dəyişib.
18 yaşlı oyunçu məşqdə vəfat edib.
Klubun prezidenti Zoltan Soos Viktor Marselin məşq zamanı qazona yıxılaraq huşunu itirdiyini bildirib.
"Komanda yoldaşları və məşqçi dərhal gənc oyunçuya yardıma atıldılar, onu sabit vəziyyətə gətirməyə çalışdılar. Onlar təcili yardım xidmətinin rəhbərliyi altında ürəyin və defibrilyatorun masajından istifadə edərək, reanimasiyaya başladılar. Viktor Marsel Heqedyusun simasında biz istedadlı oyunçunu, komanda yoldaşımızı və dostumuzu itirdik. Onun yoxluğunu qəbul etmək yalnız ailəsi üçün yox, "Andraşid"in bütün üzvləri üçün çətin olacaq. Doğmalarına başsağlığımızı ifadə edirik!”
Stadiona gələn təcili tibbi yardım reanimasiya hərəkətlərini davam etdirib, ancaq oyunçunu xilas etmək mümkün olmayıb.