“Milan”ın aparıcı futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.
İtaliya klubunun saytının xəbərinə görə, 39 yaşlı hücumçunun bərpa müddəti açıqlanmayıb.
“Sky Sport Italia” isə isveçli oyunçunun yaşıl meydana avqustun ortalarında qayıtmasının gözlənildiyini xəbər verib. Xatırladaq ki, Zlatan zədə səbəbindən Avropa çempionatında milli komandaya kömək edə bilmir.