Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasının baş məşqçisi Savo Miloşeviç "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra flaqmanın televiziyasına açıqlama verib.
48 yaşlı mütəxəssis oyunçularının yorğun olduğunu bildirib:
"Artıq başqa peşədəyəm, fərqli iş görürəm. Avropanın 3 böyük çempionatında oynamışam. Bununla qürur duyuram. Oyunçularım yorğundular. Ona görə iki fərqli heyətlə çıxış etdik. Əslində toplanışın ilk günlərində belə güclü komanda ilə qarşılaşmağı sevmirəm. Amma nə etmək olar? Bu görüş mənim təyinatımadək danışılmışdı. "Neftçi" çox keyfiyyətli, səviyyəli oyunçulardan qurulmuş komandadı. Sevinirəm ki, sonadək dözə bildik. “Neftçi”nin heyətində ən çox bəyəndiyim futbolçu Yusuf Laval oldu”.