"Çukariçki"nin futbolçusu Asmir Kayeviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt" barədə danışıb.
Monteneqrolu yarımmüdafiəçi heç bir rəqibə yuxarıdan-aşağı baxmadıqlarını söyləyib:
"Hazırda "Sumqayıt" barədə məlumatımız azdı. Bildiyim qədərilə, bu komandada əsasən azərbaycanlı futbolçular çıxış edirlər. Əlbəttə, onlar da yaxşı oyunçulardı. Bilirik ki, "Sumqayıt" da bizim kimi çempionatı 3-cü sırada bitirib. Bu isə sözügedən komandanı ciddiyə almaq üçün kifayətdi. Düzdü, "Sumqayıt"la müqayisədə avrokubok təcrübəmiz çoxdu. Amma sırf bu amilə görə özümüzü favorit saymıram. Şansların bərabər olduğunu düşünürəm. Hər iki görüş maraqlı keçəcək".
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 21-də, cavab matçı isə iyulun 29-da olacaq.