AÇ-2020-nin A qrupu çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda təşkil olunan İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Tədbirdə AÇ-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb. FIFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.