“Verona” rəhbərliyi baş məşqçi İvan Yuriçlə yolları ayırıb. Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xorvat mütəxəssis “Verona”nı 2018-ci ilin yayından çalışdırırdı. Komanda A seriyasında son mövsümü 10-cu yersdə başa vurub.
Bu arada “Kalyari”dən ayrılan Eysebio Di Françeskonun yeni klubu müəyyənləşib. O, “Verona”nın baş məşqçisi təyin olunub. 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Di Françesko bunadək “Sampdoriya”, “Roma”, “Sassuolo”, “Leççe”, “Peskara” və “Virtus Lançana”nı çalışdırıb.