“Sumqayıt”ın “Çukariçki” ilə oyununun vaxtı dəyişib.
Bu barədə Serbiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, iyulun 22-də yox, 21-də baş tutacaq. Buna səbəb “Partizan”la “Çukariçki”nin ev oyunlarını eyni şəhərdə keçirməsidi.
Qeyd edək ki, UEFA-nın qaydalarına görə eyni gündə bir şəhərdə iki oyun keçirilə bilməz.