2021-2022-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Bunadək Urfan Abbasovla müqavilə imzalayan “qırmızı-qaralar” Məqsəd İsayevi heyətinə qatıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qedy edək ki, peşəkar karyerasına “Neftçi”də başlayan futbolçu 2013-17-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018-20-ci illərdə “Sabah”, ötən mövsümdə “Səbail”də çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub. Məqsəd 2010-17-ci illərdə Azərbaycan milli komandalarının şərəfini qoruyub. O, U-17, U-19, U-21 və U-23-ün formasını geyinib. Müdafiəçi U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub.