“Qarabağ”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aşdod” bir futbolçusu ilə vidalaşıb.
İsrail təmsilçisi yarımmüdafiəçi Şlomi Azulayın müddəti bitən müqaviləsini yeniləməyib və onunla yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azulay 2019-cu ilin yayından “Aşdod”da çıxış edirdi. 31 yaşlı yarımmüdafiəçi “Aşdod”la ötən mövsüm 29 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” “Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.