Həm Avropa çempionatının final mərhələsinə parlaq nəticə ilə vəsiqə qazanan, həm də DÇ-2022-nin seçmə mərhələsində yaxşı təsir bağışlayan Türkiyə yığmasına ümidlər böyük idi.

Qrup oyunlarından ikisinin Bakıya salınması bu ümidləri bir qədər də artırmışdı. Qardaş ölkənin sevincini öz sevinci, kədərini öz kədəri bilən azərbaycanlı futbolsevərlər də həyəcanla “ay-ulduzlular”ın yolunu gözləyirdi. “Yığmamızdan ömür boyunca yarımamışıq, heç olmasa, bizim məmləkətdə qardaşlarımız xalqımızı sevindirər” arzusu ilə yaşayırdıq. Amma...

Romadakı açılış matçında İtaliyaya biabırçı məğlubiyyət də “ay-ulduzlular”a inamı öldürməmişdi. Türkiyəlilər düşünürdülər ki, Bakıda keçirilən iki oyunda maksimum nəticə əldə edəcəklər. Elə komandanın baş məşqçisi Şenol Günəş də oyunöncəsi mətbuat konfransında 4 və ya 6 xal yığmaq niyyətlərini gizlətməmişdi. Bu səbəbdən qrupun ikinci matçında Uelsi məğlub etmək vacib idi. Bunun üçün lazımi azarkeş dəstəyi də olacaqdı. Oyundan bir neçə saat əvvəl AFFA-dan aldığımız məlumata 29 min bilet satıldığı deyilirdi. Deməli, qələbə qazanmaq üçün türklərin, sadəcə, gözəl oyun nümayiş etdirmələrinə ehtiyac var idi. Və yenə amma...


Əslində hər şey çox yaxşı başlamışdı. Şəhərdə bayram ab-havası var idi. Səməd Vurğun bağının yanından Olimpiya stadionuna getmək üçün avtobusa minməmiş çılğın türk azarkeşlərin səsi qulağıma dəydi. Hətta onlar avtobusun içində “Yaşa, Mustafa Kamal paşa” mahnısını səsləndirirdilər. Avtobusun tərpənməsi də onların çoşqusuna mane olmadı. Ara sakitləşən zaman İstanbuldan Bakıya təşrif buyuran Orxan, Səməd, Osman və Aylaya yaxınlaşıb, söhbət etməyə başladım. Sən demə, bunlar ötən ildən bilet alıbmış. Hələ Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində PSV - “Qalatasaray” matçını izləməyə gedəcəklərini də dilə gətirdilər.

Orxanın Azərbaycanla bağlı fikirlərini və oyunöncəsi proqnozlarını öyrəndim: “Salam-aleykum. Əvvəlcə onu deyim ki, bu ölkədə çox gözəl qarşılandıq. Bakıya təşəkkür edirəm. Həqiqətən də 2 dövlət, 1 millətik. Qələbə mütləq bizim olacaq. Buna hamımız inanırıq”.

Orxan da böyük ümidlə gələcək turnirdə Azərbaycan millisini görmək istəyini dilə gətirdi: “Hamıya təşəkkür edirəm. Qardaş ölkədə çox gözəl qarşılandıq. İnşallah, növbəti çempionatda sizin də milli komandanızı görərik. Ümid edirəm ki, Uels üzərində qələbə qazanacağıq”
Söhbət əsnasında Ayla Azərbaycanın harasından olduğumu soruşdu. Qarabağın Qubadlı rayonundan deyən kimi xanım yüksək səslə “Qarabağ bizimdi, bizim olacaq” sədaları ilə avtobusdakıları coşdurdu.

Stadionda çatar-çatmaz aləmi səs bürüdü. Azərbaycanlılar, türklər, çinlilər, pakistanlılar, dünyanın müxtəlif yerlərindən gələnlər arenanın ətrafında başverənləri heyranlıqla izləyirdilər. Təşkilatçılar oyun üçün çox yaxşı kompozisiyalar tərtib etmişdi. Birdən “Mehtər marşı” səsləndi və bütün türkiyəlilər bunu böyük coşqu ilə qarşıladılar.

Hər şey hazır idi. Belə ab-hava, dəstək fonunda türklər qələbə qazanmaq məcburiyyətindəydilər. Lakin sən saydığını say, görək fələk nə sayır... Gözləntilərin əksinə, oyun britaniyalıların kəsərli hücumları ilə start götürdü. Onlar meydandakı mübarizə əzmi ilə türkləri məğlub etdi. 42-ci dəqiqədə Remzi, 90+2-ci dəqiqədə isə Roberts fərqlənməklə komandasına vacib 3 xal qazandırdı.

Oyun bitən kimi azərbaycanlılar və türklər arenanın çıxış qapılarına doğru yönəldilər. Britaniyalılar isə böyük coşqu ilə qələbəini qeyd edirdilər. Uels yığmasının kapitanı Qaret Beyl komandasını meydanın mərkəzinə yığaraq qələbə çıxışı etdi. Sonra futbolçular azarkeşlərinin yer aldığı tribunaya gedərək, sevinclərini onlarla bölüşdülər.

Beləliklə, Türkiyə yığması Azərbaycandakı ilk matçında uduzmaqla 1/4 finala vəsiqə şansını az qala sıfra endirdi. Türk fanatlar isə sözün əsl mənasında hüsrana uğramışdılar. Matç bitər-bitməz onların bir neçəsi ilə söhbətləşmək imkanım oldu. İlk müraciət etdiyim Ediz və Atilla idi. Həmsöhbətlərim Bursadan Bakıya təşrif buyurduqlarını bildirdilər.

Ediz dərin təəssüf içində hisslərini mənimlə bölüşməyə başladı: “Çox böyük ümidlə bura gəlmişdik, amma istəyimizə nail ola bilmədik. Seçmə mərhələdə oynadığımız futbol hara, bu hara? Xeyirlisi olsun”.

Atilla dostunun sözünə kəsdi: “Üzülürük, amma hələ də milli komandamızı çox sevirik. Həmişə də sevməyə davam edəcəyik. Ümid edirəm ki, son qarşılaşmada qələbə qazanarıq. 5 qol vurmağımız çox çətin məsələdi, amma yenə də millimizlə qürur duyuruq”.

Türkiyəli gənclər komandanın problemlərindən də bəhs etdi: “Futbolçular arasında əlaqə yoxdu. Əsas problem budu. Bir də ki hədəfi çox böyük götürmüşdülər. Bu səbəbdən də ümid etdiyimizə nail ola bilmədik”.

Bursalı qonaqlarımızdan uzaqlaşandan sonra Ömər, Əhməd və Ege ilə tanış oldum. Onlar da çox üzgün idi. Gəlin, Öməri dinləyək: “Olmadı belə. Bu ana qədər turnirin qol vurmayan tək komandasıyıq. Həqiqətən də üzülürük. Çox yaxşı heyətimiz var. Bu komandaya güvənirdik, amma bəzi şeylər iki oyundu yaxşı getmir. İlk matçı başa düşmək olar ki, qarşımızdakı çox güclü rəqib idi. Lakin bu gün komanda yorğun görünürdü. Futbolçular nə istədiklərini bilmirdilər. Sanki tətildəydilər. Üzüldük, amma ümid edirəm ki, sonuncu qarşılaşmada İsveçrəni məğlub etməklə ən yaxşı üçüncülərdən biri olarıq. Bugünkü qarşılaşmaya baxanda çox da ümidlənə bilmirik. Komandanın özünə gəlməsi lazımdı. Bu olmadı, amma inşallah, dünya çempionatının seçmə mərhələsində işlər qaydasında gedər”.

Ege də dostu Ömərin dedikləri ilə razılaşdı: “Turnir üçün çox ümidlənmişdik. İlk matçda nələrsə alınmaya bilər. Amma bu qarşılaşmadakı ilk “11-lik” İtaliya ilə oyunda ikinci hissə meydanda olub, 3 qol buraxmışdı. Bu mütləq mübahisə olunmalıdı. Düzdü, hər iki oyunun strateji əhəmiyyəti başqa idi. Amma nə olur-olsun, Uelslə oyunda özümüzə gəlmək lazım idi. Bu gün heç nə edə bilmədik. Yalnız duran toplardan şans qazandıq. İndi edə biləcəyimiz heç nə yoxdu. İşimiz möcüzəyə qaldı”.

Əhməd isə Bakının gözəlliyinə heyran olub: “Bura həqiqətən əla yerdi. Stadion gözəldi. Mən Bakını çox bəyəndim. Vallah, belə gözəl olacağını düşünmürdüm. Bura mütləq təkrar gələcəm. Futbolun olub-olmaması o qədər də önəmli deyil. Bakı həqiqətən çox gözəl şəhər olub. Buna görə Azərbaycanı təbrik edirəm”.

Bəlkə də stadionda məğlubiyyətə görə üzülməyən yeganə türk Xəlil Timur idi. Çünki o, Qaret Beyl fanatıdı. Əynində uelslinin “Real”da çıxış edən vaxt geydiyi 11 nömrəli forma olan azarkeşlə oyun haqda danışdım:

“Azərbaycana sırf Türkiyə - Uels matçını izləmək üçün gəlmişəm. Qaret Beyli çox sevirəm. Düşündüm ki, onu görmək üçün bir fürsətdi. Təbii ki, öz milli komandamıza da dəstək olmaq üçün burdayam. Amma bizimkilər çox pis təsir bağışladılar, ümumiyyətlə, oyun oynamadılar. Uelslilər qələbəyə layiq idi. Qazandılar və yollarına davam edirlər”.

Oyunu izləmək üçün Türkiyənin Adana şəhərinin Pozantı qəsəbəsinin bələdiyyə başqanı Mustafa Çay da Bakıya təşrif buyurmuşdu. Başqanla oyun və şəhərimiz haqda danışmaq şansımız oldu: “Bizim uşaqlara dəstək olmaq üçün Azərbaycan gəldik. İki dövlət, bir millətinin birliyi, bərabərliyi ilə ürəyimizi ortaya qoyaraq qələbə qazanmaq istəyirdik. Heyf ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərə bilmədilər, hamımızı məyus etdilər. Üzgünük. Azərbaycanda, qardaş ölkədə xoşbəxt olmaq istəyirdik. Amma heyf ki, azərbaycanlıları sevindirmədiyimiz kimi, Türkiyədə ekrandan oyunu izləyən milyonlarla azarkeşi də məyus etdik. Edə biləcəyimiz heç nə yoxdu. Ümid edirəm ki, bundan sonrakı dövrlərdə həm Türkiyədə, həm də Azərbaycanda ancaq xoşbəxtlik hökm sürər. Bakının gözəlliyinə heyran olduq. Biz burda özümüzü yad saymırıq. Boşuna demirik ki, iki dövlət, bir millətik. Hara getdiksə, bizə çox kömək oldular, hamı sevgisini nümayiş etdirirdi. Onsuz da həm Rəcəb Tayyib Ərdoğan, həm də Prezident İlham Əliyev dünən Şuşada, bu gün Bakıda Milli Məclisdə qardaşlığımızı bütün dünyaya göstərmiş oldular. Biz də bu gün qarşılaşmada qardaşlarımızla, bacılarımızlar birgə öz dostluğumuzu bütün dünyaya göstərmiş olduq”.

Beləliklə, Türkiyə yığması həm qonşu ölkədən gələnləri, həm də onlara cani-könüldən dəstək verən azərbaycanlıları məyus etdi. Ancaq zərrəcə ümid varsa, ondan da yapışmaq olar... İsveçrə ilə oyunu gözləyək...

İLKİN SULTANLI

Son xəbərlər

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Qəbələ" "Şamaxı"nı, "Neftçi" "Kəpəz"i qəbul edir - YENİLƏNİR

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

"Mançester Yunayted" darmadağın oldu

Parisdən Bilbaoya qayıda bilər

"Turan Tovuz" yaxşı müdafiə olundu" - Mahmud Qurbanov

“Atletiko”dan doğma klubuna dönəcək

"9 ildən sonra premyer-liqaya qayıtmaq, qələbə qazanmaq böyük sevincdi" - Ayxan Abbasov

PSJ gənc oyunçusunu satdı

“Yuventus” və “Ayntraxt” arasında ikinci transfer əməliyyatı

"Futbolçulara görə pis oldum" - Aleksey Baqa

"Hakimlərimiz VAR-a yeni öyrəşir" - Qurban Qurbanov

Konteyə o da lazım olmadı

Ronaldonun bacısı Peresin cavabını verdi

''Trabzonspor'' 35 ildən sonra ilkə imza atdı

Bədii gimnastika komandamız çempion oldu

''Qızıl top''a namizədlərin siyahısı açıqlandı, Messi…

Batşuayi bir İstanbul nəhəngindən başqasına keçir

Divizionun püşkatma mərasiminə nələr yaşandı? - FOTOLAR

"Qarabağ" - "Viktoriya" matçının biletləri satışda

Semih Kaya karyerasını bitirdi

Tovuz stadionunda çəkiliş meydançası quraşdırılacaq

“Milan”da yeni müqavilə

Samir Abasov Regekampfın səhv taktika seçdiyini düşünür - MÜSAHİBƏ

Millimiz qələbə ilə başladı - İslamiada

Bütün xəbərlər