"Legiya" Avstriyadakı təlim-məşq toplanışında yerli komanda “Bişofşofen”i 5:0 hesabı ilə qalib gəlib.
Görüşdən sonra Varşava təmsilçisinin baş məşqçisi Çeslav Mixneviç də yoxlama oyununu şərh edib.
O, qalib gəldikləri görüşdə het-trikə imza atan azərbaycanlı hücumçu Mahir Emrelidən danışıb:
“Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da sübut etdi. Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir. Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir”.