AFFA-nın dəstəyi və Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Siyəzəndə “Qarabağ Azərbaycandı” devizi altında ikinci Qarabağ müharibəsinin şəhidlərinin xatirə turniri keçirilib.

Yarışa 8 komanda qatılıb. A qrupunda “Siyəzən”, “Ordu”, “Vətən” və Qusarın “Metak” komandaları, B qrupunda isə “Xan Futbol”, “Sabah”, “Sunami” və Qusar “Şahdağ”ı mübarizə aparıb.

İyunun 15-də keçirilən açılış mərasimində əvvəlcə şəhidlərin xatirəsi birdəqiqlik sükutla yad olunub. Xatirə turniri 2011-ci doğumlu futbolçular arasında keçirilir. ŞRFF-nin prezidenti Abdulla Məmmədovdan aldığımız bilgiyə görə, turnir uşaqlar arasında böyük sevinclə qarşılanıb. Abdulla bəy onu da bildirdi ki, “Ordu” və “Xan Futbol” komandaları yeni yaranıb. Qrup mərhələsini uğurla başa vuran “Sabah” yarımfinalda “Vətən”lə qarşılaşıb və 8:2 hesabıyla qalib gəlməklə finala vəsiqə qazanıb. Digər yarımfinalda isə “Xan Futbol” “Ordu” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “hərbçilər” 3:2 hesabıyla qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

3-cü yer uğrunda oyunda “Vətən” “Xan Futbolla” qarşılaşıb və ikincilər meydandan qalib ayrılıb. Final görüşü çox maraqlı alınıb. Abdulla bəyi dinləyək: “Turnirin 11 yaşa qədər futbolçular arasında təşkil olunmasına baxmayaraq, final matçı böyük maraqla gözlənilirdi ki, ehtimallar özünü doğrultdu. Hər iki komanda finalçılara layiq oyun sərgiləməklə yadda qaldı. Görüş qola-qol prinsipi ilə keçdi. “Sabah” son dəqiqələrdə 4-cü qolu vurmaqla meydandan qalib ayrıldı – 4:3. Mükafatçılara AFFA tərəfindən ayrılan xüsusi mükafatlar, kubok və qiymətli hədiyyələr təqdim olundu. Fürsətdən istifadə edib ŞRFF tərəfindən Siyəzən şəhər stadionunun rəhbərliyinə, direktor Cavanşir Ağayevə minnətdarlığımızı bildirik ki, bu turnirin keçirilməsinə yardımçı oldular. Stadion rəhbərliyi turnirin yüksək səviyyədə baş tutması üçün əlindən gələni etdi. Buna görə Cavanşir bəy ŞRFF tərəfindən xüsusi diplomla təltif olundu. Mükafatlandırma mərasimindən sonra iştirakçı komandalarda çıxış edən uşaqların valideynləri həm AFFA-ya, həm də ŞRFF-yə minnətdarlıq etdilər ki, belə turnir təşkil olunub. Açılış mərasimində 44 günlük Vətən müharibəsində başverənlər, döyüşlərdə şücaət göstərən qəhrəmanlarımız barədə uşaqlara məlumat verildi, Ali baş komandanın rəhbərliyi altında müzəffər ordumuzun tarix yazdığını uşaqların diqqətinə çatdırdıq”.

RƏŞAD

Son xəbərlər

Almaniya qrupda qaldı - YENİLƏNİB

Noyer rekorda imza atdı

21-ci əsrdə ilk dəfə

Aslan Kərimov: "Neftçi"nin qələbə potensialı "Sabah"dan daha aşağı görünür"

Mərakeş pley-offda - VİDEO

Xorvatiya 1/8 finala belə yüksəldi - VİDEO

"Neftçi" məlumat yaydı

Ceyhun Sultanov: "Bu matç "Neftçi" üçün daha vacibdi"

"Araz Naxçıvan"dan növbəti qələbə - VİDEO

MOİK-dən çətin qələbə - VİDEO

Qəbələdə qollu bərabərlik - VİDEO

Kurtua 100-ə çatdı

Fernandeş dünya nəhənginin hədəfində

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı - AFİŞA

Fransa klubu “Qalatasaray”ın futbolçusunu istəyir

Derbi ərəfəsində son durum: “Neftçi”də 1, “Qarabağ”da 4

“Qalatasaray”ın istədiyi futbolçu İtaliya nəhənglərinin hədəfində

Flik istefa verəcək? - Özü açıqladı

“Benfika”dan futbolçusu üçün fantastik tələbi

Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

Argentinalı futbolçudan ötürmə rekordu

"Neftçi" bu futbolçunun keçidi üçün 300 min avro ödəməyə hazırdı - İDDİA

"Araz Naxçıvan" və MOİK-dən qələbə - YENİLƏNİB

Fransız futbolçu gələcəyi haqda heç nə bilmir

Salihamiciç şayiələrə reaksiya verdi

Qatil haqq etdiyi cəzanı almalıdı! - KÖŞƏ

Portuqaliya yığmasında itki

"Qarabağ"da seminar

Ronaldo “Real”a qayıdır?

Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

Milli komandanın yeni rekordçusu oldu

Dünən, amma 56 il əvvəl...

''Fənərbaxça'' qalib gəlsə də, bir oyunçusunu itirdi

1-ci divizionda 13-cü turun oyun cədvəli bəllidi

"Şamaxı" Qazaxıstan klubu ilə qarşılaşacaq

Polşa 36 illik fasilədən sonra

“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

''Qalatasaray'' ''Santyaqo Bernabeu kuboku''na dəvət alacaq

“Zirə”nin yeni transferi niyə məyusdu? – AÇIQLAMA

İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

Dünya çempionatının tarixinə düşəcək

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

Bütün xəbərlər