“Matç TV” kanalının şərhçisi Nobel Arustamyanın AÇ-2020-yə akkreditasiyası ilə bağlı qalmaqal həm onun, həm də Azərbaycanın istədiyi kimi bitdi. Yəni erməni qitə birinciliyinin oyunlarında işləyəcək, amma Bakıya gələ bilməyəcək. Nə qədər qəribə də olsa, belədi. Odu ki, bu məsələyə yekun vurmağın, haqlı və haqsız tərəfi üzə çıxarmağın vaxtıdı.
Bəribaşdan bir məqamın altını cızmaq lazımdı ki, Ermənistanda və ya kənarda yaşamasından asılı olmayaraq, ermənilər arasında prosesləri obyektiv qiymətləndirməyi bacaran adamların sayı çox azdı. Nobel belələrinin sırasında deyil və onun düşüncə tərzinə, təfəkkürünə bələd olmaq üçün akkreditasiya sorğusu təsdiqlənəndən sonra verdiyi açıqlamaya baxaq: “Əlbəttə, istənilən halda bu yay Bakıya getməyi planlaşdırmırdım. Azərbaycanda məni gözləmirlər, görməyə şad deyillər – artıq çoxdan bütün erməniləri görməyə şad olmadıqları kimi. Yerli ermənifobiyadan yaxşı xəbərdaram. Əslən Bakıdanam, valideynlərim də orda doğulub, babam orda dəfn olunub, bütün ailəm ordandı. 80-ci illərin sonlarında hamılıqla ordan getməli olduq. Odu ki, heç bir illüziya bəsləmirdim. Başqa şəhərlərdə işləmək istəyirdim. Azərbaycanın blok qoyması isə ümumilikdə gözlənilən idi. AÇ-2020, ümumiyyətlə, idman xalqaları yaxınlaşdırmalı, dünyanı dostlaşdırmalıdı. UFEA həmişə dəyərləri – milliyyətindən asılı olmayaraq, bütün adamlara hörmət - haqda danışır. Kədərli hal budu ki, belə dəyərləri qəbul etməyən dövlət var. Hələ də əminəm: istənilən millətə, o sıradan ermənilərə və azərbaycanlılara münasibətdə şovinizm yolverilməzdi. İnanıram ki, dünya dəyişəcək, nə vaxtsa ermənilərlə azərbaycanlılar arasındakı münasibətlər də dəyişəcək – bunu öz gözlərimlə görmək istərdim”.
Aydın məsələdi ki, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycandakı eyni quruma və UEFA-ya təzyiqi bu məsələdə həlledici rol oynayıb. Azərbaycandakı Təşkilat Komitəsi isə “bura gəlməsin, hansı cəhənnəmə gedir-getsin” prinsipi ilə inadkarlıq etməyib. Qərar vermək imkanı məndə olsaydı, sona qədər dayanar, Nobeldən belə atmacalı açıqlama yox, etiraf məzmunlu izahat alandan sonra akkreditasiyanın təsdiqlənməsinə icazə verərdim. Gördüyünüz kimi, mən Azərbaycanın XİN-ində və ya AFFA-da yox, “Futbol+” qəzetinin redaksiyasında otururam və bu məsələyə uzaqbaşı jurnalist kimi münasibət bildirmək imkanım var.
Qarabağ münaqişəsinin 88-dən başlayan son dalğası haqda çox danışmağa dəyməz, 7-dən 77-yə hər kəs həqiqəti, yəni ermənilərin “miatsum” iddiasının regionu qan çanağına döndərdiyini yaxşı bilir. Onlar başlayıb, biz cavab vermişik, sonra 27 il dünyadan ədalət gözləmişik, həmin dünyanın kor olduğunu görüncə biz başlamışıq və düşmənin başını əzmişik, çoxdan haqq etdiyi cəzanı 44 gün ərzində vermişik. Düzdü, yenə arabir qaşınırlar, hürüşürlər, daha bir müharibənin İrəvanda bitəcəyini anlayan kəsimi də var deyə, tez də sakitləşirlər. Yəni ay hörmətsiz Nobel, getməyə məcbur olduğunuz Bakıda qalsaydız, adam kimi yaşayacaq, babanın burda qalan qəbrinin üzərində xaç çevirəcəkdiz. Bax a, sizdən fərqli biz həmin qəbirləri yerlə yeksan etməmişik, məzarların arasında səngər qazmamışıq, ölülərin sümüklərini, qızıl dişlərini çıxarıb, iyrənc məqsədlərlə yararlanmamışıq. Bu gün də Azərbaycan ərazisində aşağı-yuxarı 50 mindən artıq erməni yaşadığı halda, Ermənistanda 5 azərbaycanlı tapa bilərsənmi? Yəni bu dünyada ləyaqətdən, dəyərlərdən, başqa mənəvi keyfiyyətlərdən danışası üç-beş xalq varsa da, ermənilər onların arasında deyil.
Nəyə görə sizə elə gəlirdi ki, vaxtilə işğal altında olan torpaqlara gedə, turnir keçirə, hər cür hoqqa çıxara bilərsiz və heç kim sizə “gözün üstə qaşın var” deməyəcək? Haqq var, divan qar, ara, bu dünya daha əvvəlki deyil. Bir əsrdə iki dəfə soyqırım edibsiz, sizə qucaq açan bütün imperiyalara və xalqara xain çıxıbsız, bu nə dəyərbazlıqdı salıbsan? Ölkələrin ərazi bütövlüyü dəyər deyil, amma sənin AÇ-nin oyunlarını işıqlandırmaq istəyin dəyərdi?
Hə, ola bilər ki, nə vaxtsa bu iki xalq arasında münasibətlər dəyişsin, müəyyən yaxınlaşma getsin. Ancaq bunu da qulağında sırğa et, saxla: daha heç nə əvvəlki kimi olmayacaq. Güman edirəm ki, sən nə həmin günü görə, nə də babanın məzarına baş çəkə biləcəksən. Bu haqqı özünüz havaya uçurduz. Dözün, dözə bildiyiniz qədər!