Malinovski: “Azarkeşlərin sevimli futbolçusu olacağıma inanıram”
Premyer-liqanın vitse-çempionu "Qarabağ" yeni transferini açıqlayıb. Ağdamlılar rəsmi saytı vasitəsilə məlumat paylaşıb. "Köhlən atlar" braziliyalı yarımmüdafiəçi Kadi Yuri Borxes Malinovski ilə “2+1” illik müqavilə bağlayıb. Oyunçu “20” nömrəli formanı geyəcək.
Kadi Yuri Borxes Malinovski peşəkar karyerasına ölkəsinin "Koritiba" klubunda başlayıb. Lakin burda bir dəfə də meydana çıxmayıb və B seriyası təmsilçisi “Londrina”ya icarəyə göndərilib. Malinovski burda da ümidləri doğrultmayıb. O, bir qarşılaşmada belə iştirak etməyib və növbəti mövsüm “Koritiba”ya dönüb. 2018/19 mövsümündə B seriyasında keçirdiyi 7 görüşdə 1 qol vurub. Bir müddət komandasız qalan 25 yaşlı yarımmüdafiəçisi 2019-cu ildə özünə yeni iş yeri tapıb. Malinovski Portuqaliyanın 1-ci liqasında çıxış edən “Eştoril”ə keçib. Burda 6 qarşılaşmada meydanda olan Kadi 1 qol vurub. Onun çıxışından razı qalmayan klub rəhbərliyi futbolçunu icarəyə göndərib. Mövsümün ikinci yarısında “Vilafranquense"də çıxış edən yarımmüdafiəçi 4 qarşılaşmada 193 dəqiqə meydanda olub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçunun 2020/21 mövsümündə parladığını deyə bilərik. Yarımmüdafiəçi ötən il komandasının heyətində Portuqaliyanın 1-ci divizionunda 27 matça çıxıb. O, bu görüşlərdə 5 qol vurub. Kadi “Vilafranquense"nin çıxış etdiyi Portuqaliya kubokunda 2 görüşdə meydanda olub. 170 sm boya malik hücumameyilli yarımmüdafiəçi Braziliyanının heç bir milli komandasının heyətinə cəlb olunmayıb.
“Qarabağ”ın yeni transferi klub saytına açıqlama verib: “Azərbaycanın ən böyük klubuna gəldiyim üçün çox xoşbəxtəm. Bura gəlməmiş “Qarabağ” barədə məlumatım var idi. Bilirəm ki, yeni komandam mütəmadi avrokuboklarda çıxış edir. Mən də komandamın uğurlarında pay sahibi olmaq arzusundayam. “Koritiba”nın yetirməsiyəm. Kumirim Aleks de Souzadı. Aleks Türkiyədə olduğu kimi, Azərbaycanda da çox sevilir. Onun adını əbəs yerə çəkmədim. Aleks necə bir klubun əfsanəsinə çevrilibsə, mən də kumirim kimi “Qarabağ”ın əfsanəsi olmaq istəyirəm. Azarkeşlərimiz məni həddən artıq isti qarşıladı. Sosial şəbəkədə xoş sözlər yazırlar. Hamısına cavab yaza bilməmişəm və fürsətdən istifadə edib, onların hər birinə təşəkkür edirəm. Onların sevimli futbolçusu olacağıma inanıram. Ümid edirəm ki, azarkeşlərimizlə stadionda tezliklə görüşəcəyik”.
İLKİN SULTANLI

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər