Telekanal onların əməyini dəyərləndirəcək
AÇ-2020-nin oyunları ölkəmizdə İTV və “İdman TV” vasitəsilə yayınlanacaq. Həmin telekanallarda çalışanlarla yanaşı, sabiq şərhçilər də matçları tamaşaçılara canlı çatdıracaq. Bunlar Az.TV-nin sabiq şərhçisi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Elnur Əşrəfoğlu və ANS telekanalında Çempionlar Liqasının şərhləri zamanı maraqlı tandem təşkil edən Asif Bağırovla İlqar Mikayıloğludu. Hər üç jurnalist İTV-də iş başında olacaq.
Bu qərar sosial şəbəkələrdə çoxlarının sevincinə səbəb oldu. Bəziləri layihəyə görə İTV-yə minnətdarlığını bildirdi. Bəs bu təşəbbüsü kim irəli sürüb? Fikir olaraq necə formalaşıb? Şərhçilərə gördükləri işin müqabilində ödəniş ediləcəkmi? Suallarımızı İTV-nin idman direktoru Kənan Hakimova ünvanladıq: “Bu ideya bizdə ara-sıra səslənirdi. Müzakirələrimizdə tez-tez bunu dilə gətirirdik. Bəzən sosial şəbəkə hesablarında şərhçilərlə bağlı postlar paylaşılanda orda mütləq Asif Bağırov, Elnur Əşrəfoğlu və İlqar Mikayıloğlunun adı çəkilirdi. İzləyicilər səhnədə olmayan həmkarlarımız üçün darıxdıqlarını bildirirdilər. Biz də belə qərara gəldik ki, tamaşaçılar adı çəkilənlərin şərhində oyun izləmək istəyirlərsə, niyə bu imkanı yaratmayaq? Təbii ki, onların şərhini bəyənməyələr də var. Amma faktdı ki, çoxluq bu insanları istəyir. Bu səbəbdən də tamaşaçıların istəyini reallaşdırmaq istədik. Başqalarına da müraciət etmişdik. İndi adlarını açıqlamaq istəmirəm. Sadəcə, istəmədilər. Bu da onların seçimidi. Bəlkə də fikirləşdilər ki, indiki templə ayaqlaşa bilməzlər. Amma biz tərəfdən bir çoxlarına təklif oldu. Biz kiməsə nəsə təklif ediriksə, təbii ki, bunun maliyyə tərəfi də nəzərdə tutulur. Amma etik cəhətdən düzgün olmaz ki, məbləğ səsləndirim. Bu, telekanalın maliyyə sirridi. Amma insanlar gəlib burda əziyyət çəkəcəklərsə, onların işi qiymətləndiriləcək”.
Hakimov “bu layihə tamaşaçıların oyunları Türkiyə və Rusiya telekanallarında izləməməsi üçün həyata keçirilibmi” sualına belə cavab verdi: “Kimisə məcbur etmək olmaz ki, oyunları mütləq İTV-də izləməlisiz. Kimsə Rusiya və ya Türkiyə kanallarında baxmaq istəyirsə, buna qarışa bilmərik. Bu məqsədlə layihəni həyata keçirmirik. Əlbəttə, əlimizdən gələni edəcəyik ki, tamaşaçılar üçün öncəlik bizim telekanal olsun. Amma inanın mənə, həmin şərhçiləri bu məqsədlə dəvət etməmişik”.
Məsələ ilə bağlı şərhçilərin də fikirlərini öyrəndik. Elnur Əşrəfoğlu: “Son dəfə bəlkə də 9-10 il əvvəl futbol matçını şərh etmişəm. Əlbəttə, möhtəşəm duyğudu. Bu gün sosial şəbəkələrdə yazırlar ki, nostalji hisslər yaşayacağıq. Ümumiyyətlə, burda insanların işlərinə qiymət verilərkən zövqlər müxtəlif olur. Bu da qəbulediləndi. Çünki 50 adam Elnurun şərhini bəyənirsə, 100-ü bəyənmir. Məncə, şərhçi bütün tənqidləri, ümumiyyətlə, detalları nəzərə alıb, üzərində işləyib işini daha peşəkar səviyyədə tamaşaçıya, azarkeşə təqdim etməlidi. Bizə verilən dəyərə, dəvətə görə İTV-yə xüsusi minnətdarlığımı bildirirəm. Şəxsən Balaş müəllimə, İdman Departamentinin rəhbəri Kənan Hakimova, həmçinin birlikdə oyunları şərh edəcəyimiz Tural Dadaşova təşəkkür edirəm. Çalışacam ki, İTV-nin komandasının 1 aylıq üzvü olaraq futbol bayramını mükəmməl şəkildə azarkeşlərə, tamaşaçılara çatdıraq”.
Asif Bağırov: “Xəbər dünən açıqlansa da, razılıq üç gün öncə əldə olunub. İTV-dən Kənan Hakimov əlaqə saxlayıb təklif etdi. Razılaşdıq. Bütün tamaşaçılara təşəkkür edirik ki, hələ də sevərək xatırlayırlar. Həm İlqar, həm də mən əlimizdən gələni edəcəyik ki, ümidləri doğruldaq. O ki qaldı mənə, şəxsən bu illər ərzində şərhçilik üçün telekanallardan dəvət almamağımın səhv addım olduğunu sübut etmək niyyətindəyəm və bu imkanı mənə yaratdığı üçün İTV-yə minnətdaram”.
İlqar Mikayıloğlu: “Bu təklifi mənə Kənan Hakimov etdi. Zəng vurdu, məsələni izah etdi. Təklif edən kimi də müsbət qarşıladım. Çünki maraqlı layihədi. Belə təklifi əldən buraxmaq düzgün olmazdı. Açığı, Asif Bağırovun “feysbuk”dakı statusundan sonra mənə 200-dən çox dostluq təklifi gəlib. Bu o deməkdi ki, insanlar futbola bizim şərhimizlə baxmaq istəyirlər. Onları sevindirmək üçün nə edəcəyik? Sadəcə, futbolumuzu aparacağıq. Əvvəllər Çempionlar Liqasını necə şərh edirdiksə, həmin üslubdan kənara çıxmayacağıq. Ola bilər ki, yeniliklər olsun. Nələr olacağını hazırda deyə bilmərəm. Danışıq üslubunda hansısa dəyişiklər ola bilər. Hər halda, yerimizdə dayanmamışıq. Nəsə özümüzə qatmışıq. Amma məhz nəyə görə seviblərsə, bizi həmin məqamlardan kənara çıxmayacağıq. Hələ üstünə də əlavələr edəcəyik”.
Hazırda “Real” telekanalının əməkdaşı olan İlqar Mikayıloğlu ilə Asif Bağırovun tandemi bu gün reallaşacaq. B qrupu çərçivəsində Sankt-Peterburqda keçiriləcək Belçika - Rusiya matçı saat 23.00-da başlayacaq.
İLKİN SULTANLI

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər