Ötən yazımda Vadim Vasilyevin ömür yolundan, futbol ictimaiyyətinin onu unutmasından yazmışdım. Futbolçu ömrü belədi. Bu gün qəhrəman olan, hamının sevib-təriflədiyi istedad sahibi sabah heç kimə lazım olmaya bilər. Şöhrətin zirvəsində olduğun günlərdə sabahkı taleyini fikirləşməlisən, bir gün unudula biləcəyini qəbul etməlisən. Əlbəttə, heç də hamını belə tale gözləmir. Xüsusən də Azərbaycandan kənarda. Türkiyənin telekanallarına hamımız baxırıq. Hər kanalın öz ekspertləri, şərhçiləri var. Onların da arasında ötənlərin tanınmış futbolçularına, günümüzün veteranlarına rast gəlmək mümkündü. Kimi müxtəlif klublarda çalışır, kimi də fərqli telekanallarda. Rusiyada da oxşar vəziyyətdi. Şimal qonşularımız futbol veteranlarının fikirlərinə o qədər önəm verirlər ki, “Neftçi” Tula “Arsenal”ı ilə qarşılaşanda iki dəfə bizim Nazim Süleymanovu Moskvaya, birbaşa telestudiyaya dəvət etmişdilər. Hər dəfə də onun bütün xərclərini dəvət edən tərəf öz üzərinə götürmüşdü. Sözsüz, Nazim Süleymanov böyük ürəyə sahib, özünə hörmət edən şəxsiyyətlərdəndi. Ruslar ona otel tutub, təyyarə bileti yollamasaydılar da, Moskvaya gedər, dəvəti geri çevirməzdi. Məsələ ondadı ki, bizim telekanallar burdan-bura Süleymanovun üzünə studiyanın qapılarını bağlayıblar.
Ümumiyyətlə, bizim idman kanallarında futbolla bağlı olan verilişlərə çağırılan ekspertlərin seçimi onun futbol biliyi, danışıq qabiliyyəti ilə ölçülmür. Əsas tələb gələn qonağın “dalay-dalay” etməsi, tənqidi fikirlər səsləndirməməsi, “malalamağı” yaxşı bacarmasıdı. Bu problemi televiziyadakı həmkarlarımızın diqqətinə çatdıranda deyirlər ki, bizim veteranların danışıq qabiliyyəti yoxdu, onlar da efirə dəvət etməyə ekspert tapmırlar. Daha demirlər ki, gözlərinin önündə Nazim Süleymanov, Novruz Əzimov kimi həm savadlı və dünyagörüşü olan, həm də futbolu dərindən bilən ekspertlər var. Sadəcə, onları görəcək cəsarətə sahib olmaq lazımdı. Birvaxtlar Cahangir Həsənzadənin də adını belə məqamlarda çəkib, onun mütailəli, savadlı kadr olduğunu deyirdik. Nəticəsi də oldu. Düzdü, bizim xeyrimizə heç nə baş vermədi. AFFA Həsənzadəni öz tərəfinə çəkib, ondan yeni Aslan Kərimovla Vaqif Sadıqov düzəltdi. Bütün bunlar gözümüzün önündə baş verir, yavaş-yavaş öyrəşirik, adi qəbul etməyə başlayırıq.
Məlum məsələdi ki, problem fərdlərlə bağlı deyil, ümumi sistemin yaratdığı mühit belədi. Mən özüm idman telekanallarından birinin yolunu az qala ağartmışdım. Təkliflərini geri çevirmir, bütün müzakirələrə qatılırdım. Özü də əlimdə vacib işim, görüş proqramım olsa da, “çağrılan yerə ar eləmə” məsəlinə uyğun davranırdım. Həm də heç bir təmənna güdmədən sözümü efirdən səsləndirir, haqqı deməyə çalışırdım. “Sonrası nə oldu” soruşsaz, o oldu ki, bir neçə dəfə “bəlkə bir az yavaşıyasan” tipində eyhamlar eşitdim. Üslubumun dəyişmədiyini görüb, dəvətləri də dayandırdılar, birvaxtlar həftədə iki dəfə efirdən həqiqətləri deyən adamın üzünə futbol proqramlarında görünmək qadağan edildi. Söhbət təkcə məndən getmir. Şükürlər olsun ki, mənim tribuna, söz demək üçün fürsət problemim yoxdu. Dəyərli oxucularımız bizi qiymətləndirir, sözümüzə, haqqı deməyimizə dəstək verirlər. Bu əhvalatı ona görə nəql edirəm ki, Azərbaycanda futbol ekspertliyinin, bu sahənin problemlərini efirlərdən dərindən təhlil etməyin çətinliyi hamıya məlum olsun.
Elə ona görə də karyerasını bitirən futbolçuların itib-batması, öz sözünü deməyə çalışmaması kimlərəsə sərf edir. Onların irəli çəkilməsi, göz önündə olması futboldan bixəbər olan, amma onun idarə edilməsi adıyla milyonlara yiyələnənlərə sərf etmir. İddia etmirəm ki, Vadim Vasilyevdən futbol verilişlərinə əla qonaq olar, efirin bütün tələblərinə uyğun həmsöhbət çıxar. Amma bu adamlar Azərbaycan futbolunun tarixinə adlarını yazdıranlar, ona az-çox xeyir verənlərdi axı. Xirtdəyədək problem içində olan futbolumuzun böhrandan çıxması, yeni-yeni istedadların üzə çıxması üçün veteranların, bu işin sirrini bilənlərin fikirlərinə önəm verilməlidi. İllər öncə Çingiz İsmayılovla azərbaycanlıların futbola münasibətiylə bağlı müzakirəmiz olmuşdu. Çingiz bəy deyirdi ki, bizimkilər uşaqlarını futbola yazdırmırmış. Bunun da səbəbi o düşüncə imiş ki, kişi xeylağı şortiklə meydana çıxıb, topun arxasınca qaçmaz, el-aləmdən ayıbdı. Düzdü, indi həmin düşüncədən uzaqlaşmışıq, dünyagörüşümüz dəyişib. Əvəzində başqa bir qorxu valideynlərin qarşısını kəsir – futbolçu olmaq çətindi, lazımi səviyyəyə çatana qədər uşaq təhsildən uzaq düşür, sonra da savadsız və cəmiyyətə lazım olmayan birinə çevrilir. Normal futbolçu olub, şöhrətin zirvəsinə qədər yüksələnlərin sonradan Vadim Vasilyev, Səmədağa Şıxlarov kimi unudulması, çətinliklərlə üzləşməsi də həmin qorxunu artırır. Valideynlər çalışırlar ki, övladlarını topun dalınca yox, həkim, polis, prokuror olmağa göndərsinlər. Azərbaycanda futbolçuların imicini dəyişmək lazımdı. Bunun üçün isə veteran futbolçulara diqqət artırılmalı, onların savadlı və dünyagörüşlü şəxslər olduğu təbliğ edilməlidi. Ondan sonra futbolumuzda ekspert problemi də olmayacaq, başqa problemlərin də həlli asanlaşacaq.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər