İlham Yadullayev iranlı sürücünü pərt edib
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı veteran futbolçu, geridə qalan mövsümdə “Turan Tovuz”u birinci divizionda bürünc medallara daşıyan İlham Yadullayevdi.
“Skamyada şortiksiz oturub matça baxdı”
Valeri Hacıyevin çalışdırdığı U-21-də oynayırdım. Səfərdə Ruminiya ilə qarşılaşırdıq. İlk hissə çox gərgin keçmişdi. Hər iki komanda sanki son görüşə çıxıbmış kimi meydanın hər santimetri uğrunda mübarizə aparırdı. Həmin vaxt rumınların çox güclü heyəti olduğundan onlara qarşı aqressiv oynamağımız meydan sahiblərini çox əsəbləşdirmişdi. Hətta birinci hissənin gedişində bir neçə dəfə bizim uşaqlarla onların oyunçuları arasında dava-dalaş yaşanmışdı. İkinci hissə yeni başlamışdı. İlk yarıda rumınların bizə münasibəti hamımızı hirsləndirdiyindən fasilədən sonra biz daha da aqressivləşmişdik. Hər ikili mübarizə az qala dava ilə yekunlaşırdı. Epizodaların birində yan xəttin yaxınlığında rumın hücumçuya qarşı çox sərt “sürüşmə” fəndi edib topu auta çıxardım. Ayağa durub mövqeyimə çəkilmək istəyərkən gördüm şortikim cırılıb. O vaxt da elə bir vəziyyət idi ki, ikinci forma dəsti yox idi. İndi hakim mənə dirənib ki, cırılmış şortiki yenisi ilə əvəzləməlisən. Qalmışam pis vəziyyətdə. Nə mən, nə də inzibatçılardan kimsə utandığından ona deyə bilmirik ki, bizdə “ikinci” söhbəti yoxdi. Nə varsa, bir dənədi. Şortikin ora-burasını əlimlə birləşdirib, “skoç”la yapışdırb oynamaq istəsəm də, referi buna imkan vermədi. Axırda məcbur olub ehtiyatda oturan Rövşən adlı komanda yoldaşımın şortikini geydim və oyuna davam etdim. O yazıq da qarşılaşmanın sonuna kimi skamyada şortiksiz oturub matça baxdı.
“Biz bu oyunu udmalıyıq, çölə çıxdı yoxdu”
“Neftçi”yə yeni dəvət olunduğum vaxtlar idi. Gənc olduğumdan daha çox ehtiyatda qalırdım və hesabda üstün olduğumuz matçlarda baş məşqçi 5-10 dəqiqə oynamaq şansı yaradırdı. “Turan”ın çempion olduğu mövsüm idi. Səfərdə onlarla qarşılaşırdıq. Həmin vaxt da meydanın kənarında təhlükəsizlik çəpəri yox idi. Matçın gedişində tovuzluları 1:0 hesabı ilə udurduq. Müəyyən vaxtdan sonra meydan sahibləri hesabı bərabərləşdirdilər. Sona 7-8 dəqiqə qalmış hakim heç nədən qapımıza cərimə zərbəsi təyin etdi. Şübhəli qərar olduğundan uşaqlar hakimlə mübahisə etməyə başladılar. Görəndə ki, etirazın heç bir xeyri yoxdu, uşaqlar meydandan çıxmağa qərar verdilər. Həmin epizoddan öncə də mən artıq meydana çıxmağa hazırlaşırdım. “Neftçi”nin meydandan çıxmaq istədiyini başa düşən tovuzlu azarkeşlər bir nəfər kimi meydana axışdılar. İndi imkan vermirlər ki, komanda oyunu yarımçıq saxlayıb paltardəyişmə otağına getsin. 90 dəqiqə mütləq başa çatmalı və “Turan” həmin görüşdən qalib ayrılmalı idi. Azarkeşlər bir-bir bizim futbolçuların qabağını kəsir, “hara gedirsiz, mütləq oynamalısız” deyib, yolu bağlayırdılar. Vəziyyətin gərginləşdiyini görən klub rəhbərliyi komandanı meydanda saxladı. Elə bu vaxt mən Mirbağır İsayevi əvəzləməliydim. Azarkeşlərdən üç-dördü bizə yaxınlaşdı, öncə üzlərini Miriyə tutaraq “sən meydandan çıxmayacaqsan. Əks halda pis olacaq” dedilər. Mən də özümü saxlaya bilməyərək “onun əvəzinə mən girirəm” söyləmişdim ki, bizi əhatəyə alan azarkeşlərdən biri “ikiniz də meydanda qalacaqsız. Biz bu oyunu udmalıyıq, çölə çıxdı yoxdu” deyib, ikimizi də meydana göndərdi. Həmin görüşdə “Turan” bizi döyə-döyə lazımi qələbəni qazandı və mövsümü çempion kimi başa vurdu.
“Mən də səhərə kimi səninlə söhbət etmişəm”
Fərrux İsmayılov, Rüfət Quliyev və mən İranda Abadan təmsilçisinin şərəfini qoruyurduq. Rüfət farsca çox yaxşı danışırdı. Fərrux da iki-üç aya fars dilini öyrəndi və çətinlik çəkmədən fikirlərini izah edə bilirdi. Mən yazıq cəmi beş-altı kəlmə bilirdim ki, o da çox vaxt işə yaramırdı. Bir gün klub rəhbərliyindən Fərruxla mənə dedilər ki, yığmanın toplanışında iştirak etmək üçün Bakıya getməlisiz. Biz də həmişə Bakıya təyyarə ilə gəlmişdik. Öncə Abadandan Tehrana, ordan isə Bakıya uçurduq. Tərslikdən bu dəfə Tehrandan Bakıya üçmaq üçün bilet olmadı və qərara gəldik ki, sərhəddə kimi taksi ilə gedək. Taksi sifariş etdik və axşamdan yola çıxdıq. Əvvəlcə sürücnün yanında Fərrux oturmuşdu. Dediyim kimi, o fars dilində danışa bildiyindən yolboyu sürücü ilə söhbətləşir, ordan-burdan danışıb başlarını qatırdılar. Gecə saat 1-2 olardı, İsmayılov qayıtdı ki, “İlham, qabaqda oturmaqdan yoruldum, gəl yerimizi dəyişək, bir az da mən arxada yatım”. Onun təklifi ilə razılaşdım və yerimizi dəyişdik. İndi sürücü mənimlə söhbət edir. Onu başa düşməsəm də, yatmasın deyə arada “xub” deyib başımı yelləyirəm. Səhər İran Astarasına çatanda maşından düşdük. Sürücü mənə nəsə desə də, Fərruxun vasitəsilə ona başa saldım ki, fars dilində bilmirəm. İsmayılov dediklərimi ona tərcümə etmişdi ki, sürücü bir anlıq duruxub pərt formada üzümə baxdı. Bir neçə saniyəlik sükutdan sonra özünə gəlib “mən də səhərə kimi səninlə söhbət etmişəm, elə bilirəm dediklərimi anlayırsan və ona görə başınla təsdiqləyirsən” deyib, öz-özünə ürəkdən gülməyə başladı.
“İlham yalan danışır, özü bilərəkdən oynamaq istəmir”
MOİK-in şərəfini qoruduğum dönəm idi. Son tur ərəfəsində yığmanın baş məşqçisi, rəhmətlik Əhməd Ələsgərov mənimlə əlaqə saxlayaraq “Portuqaliya ilə səfər oyununda sən də heyətdə olacaqsan. Klubunda ehtiyatlı ol, birdən zədələnərsən” deyib, ehtiyatlı olmağımı tapşırdı. Çempionatın başa çatmasına cəmi bir tur qalmışdı. Fikirləşdim ki, “Dalğıc”la oyunun nəticəsi bizim üçün heç bir əhəmiyyət daşımır. Yalandan özümü xəstəliyə vurub həmin görüşdə oynamaram. Və fikrimi bəzi komanda yoldaşlarımın yanında dedim. Matçdan bir gün öncə MOİK-in baş məşqçisinə “özümü yaxşı hiss etmirəm, oynaya bilməyəcəm” söylədim. Elxan Müslümov da onda bizimlə eyni komandada idi. Onun da hərdən həyasızlıq etməsi vardı. Baş məşqçiyə bunu demişdim ki, yalanımı üzə çıxardı və çalışdırıcıya “İlham yalan danışır, özü bilərəkdən oynamaq istəmir” söylədi. Baş məşqçi həqiqətən belə olub-olmadığını souşduqda məcbur olub hər şeyi etiraf etdim. Və ertəsi adımı əsas heyətə yazdı. Yenə özlüyümdə düşünmüşəm ki, uzağı 15 dəqiqə oynayar, sonra zədələndiyimi bəhanə edib əvəzlənərəm və hər şey bununla da bitər. Deməli, matç başladı və təxminən 12-ci dəqiqədə hava mübarizəsi zamanı rəqibin oyunçusu ilə toqquşmadan sonra başıüstə yerə gəldim. Hiss etdim ki, haramsa sındı. Həkimlər meydana girib zədəyə baxanda dedilər ki, çiyninə nəsə olub, çıxıb. Elxan da özünə əl qatıb ki, İlham yalandan edir, ona heç nə olmayıb, oynaya bilər. Həkimlər məni meydandan çıxaranda nəsə etdilər, bir də gözümü açanda gördüm təcili tibbi yardım maşını ilə xəstəxanaya aparırlar. Sən demə, çiynim sınıbmış. Məhz o zədəyə görə Portuqaliya ilə səfər oyununda meydana çıxa bilmədim.
“Yaxşı, sən qal, ancaq İlhamla Elxan çıxacaqlar”
MOİK-lə Masallıya yollanmışdıq. “Viləş”in də bərkgedən vaxtları idi. Komandanın rəhbərliyi ev oyunlarından qalib ayrılmaq üçün əlindən gələn hər şey edirdi. İlk hissədə meydan sahibləri çox çalışsalar da, bizə qol vura bilmədilər. Fasilədən sonra hiss etmişdik ki, hakimin köməyi ilə olsa da, bunlar nəsə edəcəklər. Referinin adını çəkməyəcəm, ancaq sumqayıtlı tanınmış hakimlərdən biri idi. Bir epizodda mən Alay Bəhramova qarşı “sürüşmə” fəndi etdim. Referiyə də elə bu lazım idi. Qaça-qaça mənə yaxınlaşıb əlini cibinə atdı, birbaşa qırmızı vərəqə göstərdi. Elxan Müslümov onun bu qərarı ilə razılaşmadı və etiraz edəndə ona da qırmızı vərəqə göstərdi. Çox təcrübəli referi olduğundan belə şansı əldən buraxa bilməzdi. Özü də başa düşürdü ki, “Viləş”ə kömək üçün bundan yaxşı imkan bir də əlinə düşməyəcək. Elxana “qırmızı” göstərəndə Alim Qurbanov ona yaxınlaşdı və o da etirazını bildirincə, hakim ona da qırmızı vərəqə göstərdi. Bunu görən Qurbanov üzünü referiyə tutaraq “mən meydandan çıxmıram, nə istəyirsən elə” söylədi. İndi hakim bilmir bunu necə meydandan çıxarsın. Hamımız da dayanıb ikisinin arasında gedən söhbətə qulaq asırıq. Referi “çıx” deyir, Alim də sözünün üstündə duracağını bildirir və hətta söyüş də söyür ki, çıxan belə-belə olsun. Vəziyyətin gərginləşdiyini görən ədalət təmsilçisi qayıtdı ki, “yaxşı, sən qal, ancaq İlhamla Elxan çıxacaqlar”. Qurbanov bundan sonra razılaşdı. Biz qovulduq, Alim isə qırmızı vərəqə almasına baxmayaraq, sona qədər meydanda qaldı. Həmin hakimin səyi nəticəsində oyunda 0:1 hesabıyla uduzduq. Daha dəqiq desəm, ədalət təmsilçisi ədalətsizlik edərək bizi uduzdurdu.
RƏŞAD

Son xəbərlər

Sənan Qurbanov: "Olduqca yanlış, qərəzli yanaşmadı”

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

“Çelsi”nin oyunçusu məşqlərə başladı

Sabiq “Qalatasaray”lı BƏƏ-də oynayacaq

Mançester derbisini buraxacaqlar

FİFA təhqiqat aparır

"İmişli" son çempiona qarşı - YENİLƏNİR

“Fənərbaxça” daha bir oyunçu ilə yollarını ayırdı

Peşəkar boks = real ölüm ehtimalı

Karyeralarını başa vurdular

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Dünya çempionatı üçün 208 milyard avroluq xərc

“Yığmanın “sükanı arxasında” yerli, gənc mütəxəssislər olmalıdı” - Aslan Kərimov

Skaloni ilə müqavilə yeniləndi

Superliqanın səviyyəsi Allini təəccübləndirib - AÇIQLAMA

"Qarabağ"la oyundan öncə "Olimpiakos"da daha bir ciddi itki

Kolumbiya da dünya çempionatında təmsil olunmaq istəyir

Qutyerresin hərəkətinin sirri 12 ildən sonra açıldı

Maqnussenə ən sürətli dövrə yox, xal lazımdı - MÜSAHİBƏ

Tolqay Arslan derbidə kimi favorit görür?

İFA-dan Ronaldoya gecikmiş ittiham

Emin Ağayev: “Tibbi komissiyadan keçirdilər, paltar və ayaqqabı ölçülərimi götürdülər” - MÜSAHİBƏ

Zubir: "Fransa klubuna qol vurmaq özəldi" - VİDEO

Simeoneyə etimad tükənməyib

"Hərbçilər" gəncəliləri məğlub etdi - VİDEO

22-ci "Səbail" - "Qəbələ" duelinə doğru

Mövsümün sonunda “İnter”dən gedəcək

Tahir Süleymanov almanları hakimlərimizə nümunə göstərdi

Türkiyə Avropada gənclərə ən az şans verən ölkədi!

Laviolett Oveçkini təriflədi

Misirdə Olimpiada keçiriləcək?

Doğma klubunun idman direktoru olacaq

"Yığmada baş məşqçi əcnəbi olacaqsa, mütləq iki yerli onun köməkçisi olmalıdı" - Ağasəlim Mircavadov

Di Mariya ilə bağlı qərar verildi

Autsayder komandada yeni baş məşqçi

Bütün xəbərlər