Sizin reklam burada

Elxan Məmmədov: "Azərbaycanlı azarkeşlər Türkiyəni dəstəkləyəcəklər"

Title
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyənin “Anadolu” agentliyinə açıqlama verib.

Futbol+ xəbər verir ki, federasiyanın baş katibi AÇ-nın Bakıda keçiriləcək oyunları barədə danışıb:

"Əsl futbol bayramı yaşayacağıq. Avropa çempionatını səbirsizliklə gözləyirdik. Əslində ötən il olmalı idi, amma pandemiya səbəbindən bir il təxirə salındı. Azərbaycan hökuməti Bakı Olimpiya Stadionuna arenanın ümumi tutumunun 50 faizinə qədər azarkeş buraxılmasına icazə verdi. Bu, sevindirici durumdu".


Məmmədov azarkeşlərin ölkəmizdəki matçlara marağını böyük olduğunu vurğulayıb:

"Türkiyə millisinin ilk görüşünə 20 min bilet satılıb. Hər oyun üçün 32 min bilet satışı nəzərdə tutulub. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik".


O, Türkiyə millinin Bakıdakı görüşlərdə üstün tərəf olacağını söyləyib:

"Azərbaycanlı azarkeşlər Türkiyə millisini dəstəkləyəcək. Coğrafi baxımdan türkiyəli fanatların Bakıya gəlməsi daha rahatdır. Çünki iki ölkə arasında gündə 5 uçuş təşkil olunur. Bunun özü də böyük üstünlükdür. Uels və İsveçrədən uçanlar ya xüsusi, ya da tranzit reyslə gəlməlidir. Amma qardaş Türkiyə azarkeşləri 2,5 - 3 saatlıq uçuşla Bakıya çata biləcəklər".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.