Sizin reklam burada

"Qarabağ"ın yeni transferinin kimliyi bəlli oldu - EKSKLYÜZİV

Title
“Qarabağ”ın rəsmi feysbuk səhifəsi maraqlı paylaşımla diqqət çəkib. Ağdam təmsilçisi videoçarx vasitəsi ilə yeni transfer haqda məlumat verib.

“Köhlən atlar”ın rəsmi səhifəsi molina mürəbbəsinin hazırlanma prosesini “Min bir dərdin dərmanı” adlandıraraq izləyiciləri ilə bölüşüb. Bu gün səhər radələrində isə müqavilə fotosunu paylaşaraq yeni futbolçu ilə saziş imzalanacağının xəbərini veriblər.

“Futbol+” qəzeti Ağdam təmsilçisinin razılaşdığı kimliyi barədə məlumat əldə edib. “Qarabağ”ın yeni transferi ispaniyalı futbolçu Adrian Molina Diaz olacaq. 24 yaşlı forvard “Atletik Torrellano” klubunun üzvüdü. Mərkəz hücumçusu “Valensiana professional” liqasında bu mövsüm 14 qarşılaşmada meydanda olub. O, bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Futbolçunun keçidi sabah rəsmi olaraq açıqlanacaq.


Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.