Sizin reklam burada

Benzamın kədəri Jirunu sevindirdi

Title
Avropa çempionatının iştirakçıları gücünü yoldaşlıq görüşlərində sınamağa davam edirlər. Çərşənbə axşamı və ertəsi gün keçirilən əksər sınaq matçları sabah start götürəcək turnirin iştirakçılarının inamlı qələbəsi ilə nəticələndi.

Fransa yığması iyunun 8-də Sen Denidə az sayda tamaşaçının müşayiəti ilə keçirilən oyunda Bolqarıstanı məğlub etməkdə çətinlik çəkmədi: son dünya çempionu balkanlıların qapısından üç cavabsız top keçirdi. 29-cu dəqiqədə baxımlı qolla hesabı açan Qrizmann “xoruzlar”ın ardıcıl 48-ci matçında iştirak etməklə özünün sahibi olduğu rekord seriyanı davam etdirdi. Milli komandada 2014-cü ildən çıxış edən “Barselona”lı 91-ci oyununa çıxıb 37-ci qolunun sevincini yaşadı. “Stad de Frans”da Lyoris də rekord seriyasını yenilədi: “Tottenhem”in 34 yaşlı qapıçısı milli formada kapitan kimi 101-ci oyunu keçirməklə bu planda ikinci olan baş məşqçi Deşamdan (54) bir qədər də uzaqlaşdı. “Üçrənglilər”in şərəfini 2008-ci ildən qoruyan Lyoris indiyədək yığmanın 125 oyununda iş başında olub. İyunun 2-də Fransanın Nitsada Uelsi məğlub etdiyi (3:0) matçda 5 il 7 aydan sonra milli formada ilk oyununa çıxan Benzema penaltini qola çevirə bilməmişdi. “Real”ın hücumçusu bu dəfə də uğursuzluq yaşadı: 33 yaşlı futbolçu 41-ci dəqiqədə zədələndiyi üçün əvəzləndi. Onun yerinə meydana çıxan Jiru son dəqiqələrdə dubl etməklə hesabı darmadağın həddinə çatdırdı. Yığmadakı qollarının sayını 46-ya çatdıran 34 yaşlı hücumçu komandanın rekordçusu Anrinin göstəricisinə (51) bir qədər də yaxınlaşdı.

Almaniya Düsseldorfda, necə deyərlər, Latviyanı meydana çıxmasına peşman etdi - 7:1! Qaliblərin kapitanı Noyer yığmanın tarixinə düşdü. 35 yaşlı oyunçu milli komandada 100 matç həddinə çatan ilk qapıçı oldu. “Bavariya”lı əlcək sahibinin bundestimdə 2009-cu ildə debüt etdiyini xatırladaq.
İki oyunçusu koronavirusa yoluxan İspaniya millisinin rəhbərliyi virusun komanda daxilində yayılmasının qarşısını almaq üçün Litva ilə yoldaşlıq oyununda U-21 yığmasının oynayacağına qərar vermişdi. Gənc pireneylilər rəqibinin qapısından 4 cavabsız top keçirdilər. Qeyd edək ki, U-21-in azı bir üzvünün əsas komandaya cəlb olunmaq ehtimalı var.

DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan İrlandiya yığmasının Macarıstanla qarşılaşdığı görüşdə qalib müəyyənləşmədi - 0:0.

Fransa – Bolqarıstan 3:0
Qrizmann, 29. Jiru, 83; 90.
Fransa: Lyoris, Varan, Ernandes (Din, 46), Kimpembe, Pavar, Tolisso (Sissoko, 84), Kante (Lemar, 65), Poqba, Mbappe (Ben Yedder, 84), Qrizmann (Dembele, 66), Benzema (Jiru, 41).

Ukrayna – Cənubi Kipr 4:0
Yarmolenko, 37-p.; 65. Zinçenko, 45+2-p. Yaremçuk, 59.
Ukrayna: Pyatov, Krivtsov, Sobol, Zinçenko, Matviyenko (Karavayev, 60), Zabarnı, Makarenko (Stepanenko, 46), Malinovski (Sudakov, 67), Yarmolenko (Şaparenko, 70), Yaremçuk (Besedin, 67), Zubkov (Marlos, 46).

Almaniya – Latviya 7:1
Qosens, 19. Gündoğan, 21. Müller, 27. Ozols, 39-öz qapısına. Qnabri, 45. Verner, 50. Sane, 76 – Savelyev, 75.
Almaniya: Noyer, Qosens (Günter, 61), Ginter, Rüdiger (Züle, 61), Hummels, Kroos, Gündoğan (Can, 61), Haverts (Verner, 46), Kimmix, Müller (Musiala, 76), Qnabri (Sane, 46).

Macarıstan – İrlandiya 0:0
Macarıstan: Qulaçi (Boqdan, 63), Bolla (Lovrençiç, 46), Salai, Orban, Fiola (Han, 79), Klyaynhaysler (Neqo, 63), Nad, R.Varqa (K.Varqa, 46), Şafer, Keçkeş, Şalai (Şön, 89).
İrlandiya: Bazunu (Kelleher, 46), Doherti, O’Şi, Daffi, İqan, Makkleyn (Menninq, 85), Huriheyn (Molambi, 57), Kallen, Nayt (Oqbene, 89), İda (Kollinz, 89), Perrott (Horqan, 56).

Polşa – İslandiya 2:2
Zyelinski, 34. Şviderski, 88 – Qudmundsson, 26. Byarnason, 47.
Polşa: Şçensnı, Kendzyora, Davidoviç, Qlik, Puhaç (Rıbus, 80), Moder, Zyelinski (Kozlovski, 46), Krıxovyak (Linetti, 64), Frankovski (Plaheta, 64), Levandovski (Şviderski, 81), Şverçok (Yuzvyak, 58).

Çexiya – Albaniya 3:1
Şik, 18. Masopust, 68. Çelyustka, 89 – Çikalleşi, 42.
Çexiya: Vatslik, Borjil, Çelyustka, Tsoufal, Kalas, Masopust (Peşek, 74), Kral (Qoleş, 64), Darida (Barak, 74), Yankto (Qlojek, 64), Souçek, Şik (Pekhart, 65).

İspaniya (U-21) – Litva 4:0
Gilyamon, 3. B.Dias, 24. Miranda, 53. Puado, 72.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.