Sizin reklam burada

Araz Abdullayev Azərbaycana qayıtmaq istəmir

Title
Son mövsümü Türkiyə “Boluspor”unda keçirən Araz Abdullayev karyerası ilə bağlı qərar qəbul edib. Milli üzvü Azərbaycana qayıtmaq niyyətində deyil. Araz gələcəyi barədə önəmli qərar qəbil edib. Belə ki, ölkənin ən istedadlı futbolçusu premyer-liqa təmsilçilərinin təklifini geri çevirmək, Türkiyədə çıxış etmək niyyətindədi.
Redaksiyamıza daxil olan məlumata görə, 29 yaşlı vinger karyerasını qardaş ölkədə davam etdirmək istəyir. O, bu barədə menecerlərinə xüsusi tapşırıq verib. Abdullayev agentlərindən PTT 1-ci liqasında olsa belə, özü üçün iddialı komanda tapmağı tələb edib. Türkiyədə oynamağa çalışan Arazın menecerləri hazırda təklifləri dəyərləndirməkdi. Superliqa klubları ilə danışıq aparan yarımmüdafiəçinin agentləri futbolçunun ilk növbədə elita klublarına keçidinə çalışır.
Xatırladaq ki, Araz son mövsümdə 24 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.