Sizin reklam burada

"Qarabağ"ın hegemonluğunun davam etməsini istəmirik”

Title
"Neftçi"nin fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo İspaniyanın AS nəşrinə açıqlama verib. İspaniyalı mütəxəssis hədəflərinin növbəti mövsümdə də çempionluq olduğunu söyləyib: “Son illərdə avrokuboklarda çıxış etmək "Qarabağ"a daha böyük iqtisadi güc bəxş edib. Lakin bilirdik ki, çempion olmaq öz əlimizdədi. İtirəcəyimiz heç nə yox idi, son oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Bu ilin təsadüfi olmadığını göstərmək niyyətindəyik. "Qarabağ"ın hegemonluğunun davam etməsini istəmirik. Azərbaycanı avrokubokda təmsil edən klubu ölkənin bütün insanları dəstəkləyir"
Karo son turda “Qarabağ”ı 1:0 yendikləri oyundan sonra 4 saat "Dalğa Arena"da qələbəni qeyd etdiklərini deyib: "Maşınımı götürüb evə gedəcəyimi düşünürdüm. Amma Ermənistanla müharibədə şəhid olan əsgərləri yad etmək üçün Şəhidlər Xiyabana getdik. Bir az qəribə hisslər idi".
Onun Keysuke Honda haqda fikirləri isə belə olub: "O peşəkardı. Burdakı çıxışına görə Hondanı tənqid edə bilmərik".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.