Sizin reklam burada

“Keşlə” seneqallı və braziliyalı futbolçudan cavab gözləyir

Title
Ölkə kubokunun son qalibi "Keşlə" transfer çalışmalarını davam etdirir. Paytaxt təmsilçisinə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, komanda Şimali Makedoniya "Şkupi"sinin şərəfini qoruyan Omar Diabini rənglərinə bağlamaq istəyir. Baş məşqçi Sənan Qurbanov sürəti ilə seçilən vingerin xidmətində maraqlıdı. Seneqallı futbolçunun “Şkupi” ilə müqaviləsinin müddəti bu yay bitdiyindən hazırda o azad transfer statusundadı. Ancaq mənbəmiz onu da bildirdi ki, Omara başqa təkliflər də var. Bu üzdən futbolçu “Keşlə”yə “hə” deməyə tələsmir. Bizə ötürülən bilgiyə görə, “qırmızı-qaralar” Diabiyə ayda 5 min dollar verməyə hazırdı. Xatırladaq ki, ötən yay Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə rəqib olan və yenilən “Şkupi” 26 yaşlı vingeri Şimali Makedonoyanın digər təmsilçisi “Pelister”ə icarəyə verib.
Mənbəmiz Sənan Qurbanovun xidmətində maraqlı olduğu digər futbolçunun da adını qeyd edib. Mütəxəssis ötən mövsümü “Qəbələ”də keçirən və 25 çempionat oyununda 5 dəfə fərqlənən Rafael Utriqi sərəncamında görmək istəyir. Artıq hücumçuya təklif də göndərilib. Braziliyalı forvard yaxın günlərdə qərarını açıqlayacaq. Bir daha qeyd edək ki, yay transfer dönəmində “Keşlə” heyətini bir legionerlə gücləndirib. Geridə qalan “futbol ili”ni “Qəbələ”də keçirən Merab Qiqauri növbəti mövsüm bakılıların uğurları üçün tər tökəcək.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.