Sizin reklam burada

"Ruslan-93"də turnir keçirilir

Title
"Ruslan-93" İdman Kompleksində "Baku Sporting"in və "VTB Bank"ın təşəbbüsü, AFFA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2011-ci il təvəllüdlü futbolçular arasında "Kubok VTB Azərbaycan" turnirinin açılış mərasimi keçirilib. U-10 liqasında mübarizə aparan 6 komanda mükafatlar uğrunda mübarizə aparır. "Baku Sporting"lə yanaşı, "Sabah", "Zirə", "Qəbələ", "Sumqayıt" və "Tekin" də iştirakçıları sırasındadı.
Açılış mərasimində öncə "Baku Sporting"in icraçı direktoru, millimizin və "Qarabağ"ın sabiq oyunçusu Vüqar Nadirov çıxış edib. Ardından "VTB Bank"ıın İdarə Heyətinin sədri Yasin Cəlilov, AFFA Məşqçilər Komitəsinin üzvü, Əməkdar məşqçi Ağasəlim Mircavadov, veteran futbolçu və hakim Asim Xudiyev, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, "Zirə"nin və millimizin futbolçusu Riçard Almeyda ürək sözlərini bildirib, gənc futbolçulara uğurlar arzulayıblar. Daha sonra tədbir bədii hissə ilə davam edib. Püşkatmaya əsasən komandalar iki qrupa bölünüb. "Baku Sporting", "Zirə", "Qəbələ" A, "Sabah", "Tekin", "Sumqayıt" B qrupunda yer alıb. Reqlamentə əsasən qrup qalibləri finalda, ikinci yeri tutanlar 3-cü yer uğrunda qarşılaşacaq. Turnirdə ilk 3 yeri tutan komandalar mükafatlandırılacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.