Sizin reklam burada

“Keşlə” fəallığı artırıb

Title
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Keşlə" yerli futbolçularıyla yeni müqavilələr imzalamaqdadı. Yığmanın düşərgəsindəki ikihəftəlik hazırlıqdan sonra vətənə dönən müdafiəçilər - Şəhriyar Əliyevlə Azər Salahlı ilə danışıqlar müsbət yekunlaşıb və onlarla başa çatan anlaşmalar 1 illiyə uzadılıb. Ölkə kubokunun son qalibi digər təcrübəli müdafiəçiləriylə də razılığa gəlib. Bunlar İlkin Qırtımovla Tural Axundovdu ki, hər ikisiylə yeni - birillik müqavilə bağlanıb.
"Keşlə" buna qədər Tərlan Quliyev, Rail Məlikov və Ruslan Əmircanov ilə də yenidən anlaşmışdı. Paytaxt klubu icarədə olan 4 futbolçunun da başa çatan anlaşmalarını uzadılmasını həll etmişdi. Bunlar müdafiəçilər Rafael Məhərrəmliylə (Qarabağ) Elçin Mustafayev (Sabah) və yarımmüdafiəçilər Rəhman Hacıyevlə Turan Vəlizadədi (hər ikisi "Neftçi"). Legionerlərdən moldovalı qapıçı Stanislav Namaşkoyla monteneqrolu müdafiəçi Miyuşko Boyoviçin başa çatan anlaşmalarının 1 illiyə uzadılmasıyla bağlı razılıq əldə olunub. Onlar komandanın hazırlığına qatılmaq üçün Bakıya gələndən sonra müqaviləyə imza atmalarıyla məsələ rəsmiləşəcək.
Sonda onu da bildirək ki, "Keşlə" məşqləri iyunun 15-də bərpa edəcək. Ancaq milidəki futbolçulara istirahət verildiyindən onlar hazırlığa bir qədər gec qoşulacaq.
"Keşlə"nin transferini həll etməyə çalışdığı daha bir legionerin adı müəyyənləşib. Bu, seneqallı cinah yarımmüdafiəçisi Umar Qudiabidi. 26 yaşlı vinger Bakıda meydana çıxıb. Belə ki, o, Şimali Makedoniya "Şkupi"sinin futbolçusudu. Umar ötən yay bu komandanın heyətində Avroliqanın 1-ci təsnifat mərhələsində "Bakcell Arena"dakı 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırdıqları matçda əsas heyətdə yer alıb və 70-ci dəqiqədə 2-ci sarı vərəqəyə görə meydandan qovulub. Qudiabi ötən mövsüm də bu komandada çıxış edərək, 30 matçda 4 qola imza atıb. O, Şimali Makedoniyada qalmaq istəməyərək, karyerasını Avropanın başqa ölkəsində davam etdirmək fikrindədi.
Ölkı kubokunun son qalibi Umarla maddi məsələlərdə ilkin razılıq əldə edib və qarşıdakı günlərdə rəsmi müqavilə imzalamaq üçün onu Bakıya dəvət etməyi planlaşdırır. Hətta hazırda Şimali Makedoniyada olan futbolçuya vətəninə yollanmamaq da məsləhət görülüb. Çünki Qudiabi bu halda uzun yol qət etməli olacaq, "Keşlə" isə iyunun 15-də bir araya gələrək çıxış edəcəyi Konfrans Liqasına hazırlığa başlayacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.